ABŞ-nin dövlət katibi Marko Rubio İrana münasibətdə diplomatik
yanaşmanı önə çəkib.
O, hərbi hücum haqda danışmaq istəmədiyini deyib, əlavə edib ki,
prezident Donald Tramp diplomatiyaya üstünlük verdiyini açıq
bildirib.
Rubio fevralın 15-də Bratislavada Slovakiyanın baş naziri Robert
Fitso ilə birgə mətbuat konfransında deyib ki,
"indiyədək
heç kim İranla uğurlu razılaşma əldə edə bilməyib, amma biz cəhd
edəcəyik".
Rubio Slovakiyada birgünlük səfərdə olub, bu gün Macarıstandadır.
Onun Avropa turnesinin məqsədi əsas müttəfiqlərlə əlaqələri
gücləndirməkdir.
"Hazırda danışıqlardan danışırıq, diqqətimiz
danışıqlara yönəlib. Prezident bunu açıq bildirib. Əgər bu
(yanaşma) dəyişsə, hamı biləcək", – Rubio deyib.
Hazırda ABŞ İranın nüvə proqramı, ballistik raketləri, regiondakı
proksi qüvvələri ilə bağlı Tehranla danışıqlar aparmağa çalışır.
İran nüvə proqramı üzrə razılaşma əldə oluna biləcəyini istisna
etməyib, Vaşinqton Tehrana sanksiyaları ləğv edərsə.
İranın istəyi
Fevralın 15-də İranın xarici işlər nazirinin müavini Məcid
Təxt-Rəvançi Tehranda BBC-yə müsahibəsində deyib:
"Sanksiyalar barədə danışmağa da hazır olarlarsa, nüvə
proqramımızla bağlı bu və digər məsələlərin müzakirəsinə
hazırıq".
"Sanksiyalar da danışıqlar masasında
olmalıdır", – deyən nazir müavini əlavə edib ki,
"razılaşma istədiklərini sübut etmək növbəsi
Amerikanındır".
Təxt-Rəvançi ABŞ sanksiyalarının hamısını, yoxsa bir hissəsini
nəzərdə tutduğunu konkretləşdirməyib. Son illər Vaşinqton İranın
bank sektoruna və neft ixracına irimiqyaslı sanksiyalar tətbiq
edib.
Fevralın 17-də Cenevrədə ABŞ-İran danışıqlarının yeni raundu
keçirilməlidir.
BBC-nin məlumatına görə, Təxt-Rəvançi deyib ki, İranın özünün
60-faizlik uran ehtiyatlarının zənginləşdirmə səviyyəsini aşağı
salmaq təklifi kompromisə hazırlıq göstəricisidir, ABŞ-nin "sıfır
zənginləşdirmə" tələbi isə artıq masada deyil.
Qərb ölkələri İranın nüvə silahı əldə etməyə çalışdığını deyir,
Tehran isə proqramının mülki məqsədlər daşıdığını bildirir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.