Marneuli bələdiyyəsinin səhiyyə və sosial proqramları ilə bağlı
sərəncama dəyişiklik edilib.
Bələdiyyə Məclisinin iclasında müzakirə olunan məsələyə əsasən,
dəyişikliklər fiziki imkanları ciddi, əhəmiyyətli və ya yüngül
dərəcədə məhdud olan şəxslərin əməliyyatının, həkim məsləhətinin,
bərpasının, müayinəsinin, müalicəsinin və ya dərmanlarının
alınmasının maliyyələşdirilməsinə aiddir.
Məsələni müzakirəyə çıxaran Marneuli meriyasının İnzibati
Xidmətinin rəhbəri Mamuka Şubitidze bildirib ki, fiziki imkanları
məhdud şəxslər
meriyadan hər rübdə bir dəfə maddi yardım ala
biləcəklər.
Onlar hər 4 ayda bir dəfə 500 lari alırdılar. Bələdiyyə Məclisinə
təklif edilən dəyişikliklərə əsasən, fiziki imkanları məhdud
şəxslər onlara illik ayrılmış 2000 larini bir dəfəyə ala
biləcəklər.
“Məbləğ rüblərə bölünməsin deyə, xidmət şəxsə bir dəfəyə 2000 lari
verə bilər, lakin 2000 laridən artıq verə bilməz”, –
Mamuka Şubitidze bildirib.
Bələdiyyə Məclisinin bu gün, 16 fevral tarixində keçirilən
iclasında ümumilikdə 4 məsələ müzakirə olunub. Deputatlar hər dörd
məsələ ilə bağlı müsbət qərar qəbul ediblər. Məsələlərin müzakirəsi
zamanı heç bir deputat əlavə sual verməyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.