20 gün susuz — Marneulinin Çanaxçı kəndinin əhalisi kömək
istəyir.
Marneulinin Çanaxçı kəndi sakinləri 20 gündən çoxdur ki, susuz
qalıb. Yerli sakinlər məlumtsızlıqdan və diqqətsizlikdən
şikayətlənir, yerli hakimiyyət isə problemin fevralın 26-dək həll
ediləcəyini bildirir.
Gizliliyin qorunması şərti ilə kənd sakinləri bizə bildirirlər ki,
onların vəziyyəti ilə heç kim maraqlanmır. Əhali hələ də sistemin
sıradan çıxmasına
konkret nəyin səbəb olduğunu və bərpa işlərinin
niyə gecikdiyini bilmir.
Məlumatsızlıq səbəbindən kənddə müxtəlif versiyalar yayılıb:
bəziləri boruların partladığını ehtimal edir, bəzilərinin sözlərinə
görə isə sərhəddə yerləşən nasos zədələnib, lakin sərhədçilər
işçilərə əraziyə daxil olmağa və işləri aparmağa icazə
vermirlər.
"Kəndin kişiləri dəfələrlə həm icra nümayəndəsinə, həm də
müvafiq quruma — "Marneuli Kənd Suları" MMC-yə müraciət ediblər,
lakin mürciət nəticəsiz qalıb. Su təchizatı xidməti hər gün
briqadanın gələcəyini deyir, amma heç kim gəlmir", — kənd
sakini telefon söhbətində bildirir.
Yaranmış vəziyyətlə əlaqədar Çanaxçı kəndinin müvəkkili Qiqol
Atabeqiani ilə əlaqə saxladıq. Onun izahatına görə, müvafiq briqada
əraziyə gəlməyi və problemi fevralın 26-da aradan qaldırmağı
planlaşdırır.
"Su nasosu zədələnib. Yeni ilə qədər iki dəfə təmir etdik,
sonra yenə düzəltdik. Yəqin ki, keyfiyyətsiz kabel quraşdırılıb.
Lakin bu sudan əlavə, bütün məhəllələrdə bulaq var. Kənd və xalq
susuz qalmayıb", — müvəkkil qeyd edir.
"Bulaq suyu məişət ehtiyacları üçün kifayət
etmir".
İcra nümayəndəsinin bu açıqlamasından sonra biz yenidən yerli
sakinlərlə əlaqə saxladıq və 20 gün ərzində yalnız bulaq suyu ilə
məişət ehtiyaclarını (yemək hazırlamaq, paltar yumaq, gigiyena)
ödəməyin nə dərəcədə mümkün olduğunu soruşduq.
"Axı bu bulaqdır və suyu qablarla daşımalıyıq. İnsan paltar
yumaq, çimmək və digər məişət ehtiyaclarını həll etmək üçün nə
qədər su gətirməlidir? Bulaqdan gətirilən su ancaq içmək və yemək
hazırlamaq üçün kifayət edə bilər", — kənddə cavab
verirlər.
"Marneuli Kənd Suları" MMC-nin nümayəndəsi bizimlə söhbətində
bildirdi ki, məsələni aydınlaşdırmaq üçün sabah, fevralın 26-da
əraziyə gedəcəklər. Biz əhalinin 20 günlük susuzluğunun əsl
səbəbinin nə olduğunu və su təchizatının nə vaxt tam bərpa
olunacağını öyrənmək üçün yenidən şirkətlə əlaqə saxlayacağıq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415