Dmanisi meriyası Gənclər Şurasının təlimləri üçün 4290 lariyə “Şale” mehmanxanasının xidmətini alıb

Dmanisi yerli özünüidarəsi “Gənclər Şurasının” görüşünə görə “Şale” mehmanxanasının xidmətini alıb. Dövlət Alqı-Satqı Agentliyinin veb-səhifəsində yayımlanmış

sadələşdirilmiş müqaviləyə əsasən Dmanisi meriyası “Prima Qrup 2010” MMC-dən 4290 lariyə “Şale” mehmanxanasının xidmətini alıb.

Sadələşdirilmiş müqavilədə alqı-satqının məqsədi qeyd olunmayıb. Bunu aydınlaşdırmaq üçün Dmanisi meriyası ilə əlaqə saxladıq.

Dmanisi meriyasından “Marneuli” radiosuna cavab almaq üçün yazılı müraciət etməyi tələb etdilər.

Dmanisi meriyasından aldğımız məlumata görə, Dmanisi meriyasının Gənclər Şurası üzvlərinin Bakuriana səfəri maarifləndirici-yaradıcı və işgüzar görüşlər formatında həyata keçirilib.

Görüşün məqsədi gənclər siyasəti istiqamətində biliyin dərinləşdirilməsi, komanda işi bacarıqlarının inkişafı və gənclərin yerli özünüidarə proseslərinə qoşulmasının gücləndirilməsi idi.

“Görüşlər çərçivəsində gənclər bələdiyyələrdə həyata keçiriləcək təşəbbüslər və layihələrin planlaşdırılması üzərində işləyiblər. Bu gələcəkdə gənclər proqramlarının keyfiyyətli həyata keçirilməsinə və yerli icmanın ehtiyaclarına daha çox yönəlmiş aktivliklərin planlaşdırılmasına dəstək olacaq. Görüş çərçivəsində Gənclər Şurası 2026-cı ilin fəaliyyət planının yekun sənədini də yaradıb. Həmin sənədi təsdiqləmək üçün cari ilin fevral iclasında merə təqdim edəcək” – Dmanisi meriyasının verdiyi məlumatda qeyd olunub.

Dmanisi meriyasının məlumatına görə, qeyd olunan fəaliyyət bələdiyyənin gənclər siyasəti məqsədlərinə tam uyğundur və meriya gələcəkdə də gənclərin təşəbbüslərinə dəstək olmağa davam edəcək.

Meriyadan əldə etdiyimiz məlumata görə, Bakurianda keçirilən təlim çərçivəsində Dmanisi meriyasının Gənclər Şurası 2025-ci ildə ən effektiv layihələri olan şura kimi mükafatlandırılıb.

 

Print ელ. ფოსტა
თეგები: dmanisi Dmanisi meriyası
FaceBook Twitter Google