Milli Bank “Credo Bank”ı və 6 valyuta mübadilə məntəqəsini cərimələyib
Gürcüstan Milli Bankı “Credo Bank”ı və 6 valyuta mübadilə məntəqəsini cərimələyib.

5 mart tarixində dərc olunmuş qərara əsasən, “Credo Bank” 60 000 lari məbləğində cərimə olunub. Cərimənin səbəbləri bunlardır:
  • Yoxlama zamanı tələb olunan məlumat və sənədlərin 2 halda yanlış təqdim edilməsi;
  • 6 müştəri üzrə qanunvericiliyə və daxili siyasət/prosedurlara uyğun olaraq işgüzar münasibətlərin monitorinqinin aparılmaması, həmçinin əməliyyatların,

    fəaliyyətin, əmlakın və pul vəsaitlərinin mənşəyinin araşdırılmaması;
  • 2 müştəri üzrə risk səviyyəsinə uyğun olaraq qanunvericiliyin tələb etdiyi məlumatların yenilənməməsi;
  • 1 müştəri üzrə bank tərəfindən daxili siyasət və prosedurlarda nəzərdə tutulan risk faktorları nəzərə alınaraq risk qiymətləndirilməsinin aparılmaması;
  • 1 müştəri üzrə siyasi cəhətdən fəal şəxslərlə (PEP) bağlı qanunvericilik tələblərinin pozulması.
Valyuta mübadilə məntəqələrinə tətbiq olunan cərimələr isə müxtəlif səbəblərlə bağlıdır. Bunlara müştərinin identifikasiya və verifikasiyası aparılmadan xidmət göstərilməsi, pul vəsaitlərinin mənşəyinin araşdırılmaması, əməliyyatlar barədə hesabatların təqdim edilməməsi, “Pul yuyulmasının və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasına dəstək haqqında” qanunun tələblərinin yerinə yetirilməməsi, əməliyyatların düzgün uçotunun aparılmaması və elektron sistemlərdə çatışmazlıqlar daxildir.

Cərimələnən obyektlər:
  • “Keş Point” MMC – 145 000 lari (ən böyük cərimə – 127 000 lari – müştərilərə identifikasiya/verifikasiya aparılmadan xidmət göstərilməsinin 127 faktı ilə bağlıdır);
  • Fərdi sahibkar Genadi Kartvelişvili – 35 000 lari;
  • Fərdi sahibkar Maguli Asanidze – 23 000 lari;
  • “Keş Point” MMC – 28 000 lari;
  • “Exinvesti” MMC – 21 000 lari;
  • “Grand Moneta Georgia” MMC – 13 000 lari.

Mənbə: BusinessMedia


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google