Son 2 gündə ölkədə qanunsuz odlu silah saxlama ittihamı ilə 51 nəfər saxlanılıb
16:05 / 11.03.2026
Son iki gün ərzində ölkə üzrə keçirilən polis və profilaktik
tədbirlər nəticəsində hüquq-mühafizə orqanları onlarla qanunsuz
odlu silah,
döyüş sursatı və partlayıcı maddə aşkar edərək müsadirə edib.
Ümumilikdə 51 nəfər saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, bu tədbirlər
məhkəmə qərarı əsasında Tbilisidə və ölkənin müxtəlif regionlarında
keçirilib.
Polis saxlanılan şəxslərin üzərində, yaşayış evlərində, yardımçı
tikililərdə və
avtomobillərində aparılan axtarış zamanı çoxlu sayda
odlu və avtomatik silah, əl qumbaraları, daraqlar, yüzlərlə patron
və partlayıcı maddələr maddi sübut kimi götürüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi
ilə aparılır. Bu maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını
nəzərdə tutur.
Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, keçirilən polis və
profilaktik tədbirlər nəticəsində ölkədə həyat və sağlamlıq
əleyhinə törədilən cinayətlərin sayı azalıb. Nazirlik qeyd edir ki,
vətəndaşların təhlükəsizliyinin qorunması qurumun əsas
prioritetlərindən biridir və cinayətlərin qarşısının alınması
istiqamətində işlər gələcəkdə də davam etdiriləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.