Telavidə ağır itki: 8 aylıq hamilə qadın və bətniindəki körpəsi dünyasını dəyişib
Kaxet bölgəsindən daxil olan məlumata görə, Telavi şəhərində 8 aylıq hamilə qadın qəfil vəfat edib. Yerli "Kaxetidən əsas xəbərlər" (Mtavari ambebi Kaxetidan) agentliyinin yaydığı məlumata görə, bətnindəki körpəni də xilas etmək mümkün olmayıb.

Mərhumun yaxınları hadisənin səbəbi kimi damarlarda yaranan trombu (qan laxtalanması) ehtimal edirlər. Bildirilir ki, hamilə qadının səhhətində müəyyən problemlər olub və o, həkim

nəzarəti altında imiş.

Vəfat edən qadının dostlarından biri hadisə ilə bağlı bunları deyib:

"Son vaxtlar müalicə alırdı, lakin buna baxmayaraq tromb inkişaf edib. Hadisə o, evdə olduğu zaman baş verib, qəfil halı pisləşib".

Məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, həkimlər gələndə artıq qadın həyatını itiribmiş.

Hamilə qadının qeydiyyatda olduğu və nəzarət edildiyi klinika hələlik hadisə ilə bağlı rəsmi şərh verməyib.

Mənbə: news.on.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google