Paşinyan: Ermənistanın Aİ-yə inteqrasiya yolunda ən böyük problem Aİ–Gürcüstan arasında dondurulmuş dialoqdur
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı Ermənistanın Avropa İttifaqına üzvlüyü və Gürcüstan barədə danışıb. Paşinyanın sözlərinə görə, Aİ ilə Gürcüstan arasında dondurulmuş siyasi dialoq Ermənistanın Aİ-yə inteqrasiya prosesində ən böyük maneədir.

“Avropa İttifaqı ya bizi tamhüquqlu üzv kimi qəbul edəcək, ya da etməyəcək. Bunu ona görə deyirəm ki, başa düşürəm: Aİ-nin genişlənməsi və yeni

üzvün qəbul edilməsi sadə məsələ deyil; bu həm də siyasi qərarların mövzusudur. Buna görə də, əgər Aİ Ermənistanı tamhüquqlu üzv kimi qəbul etsə, bu, çox yaxşı olacaq. Əgər etməsə belə, biz yenə də fayda əldə edəcəyik, çünki Aİ standartlarına tam uyğun olan bir ölkə olacağıq.

Lakin səmimi şəkildə deməliyəm ki, hazırda Ermənistanın Avropaya inteqrasiya yolunda ən böyük problem Avropa İttifaqı ilə Gürcüstan arasında dondurulmuş siyasi dialoqdur. Gürcüstan bizim üçün Avropa İttifaqına gedən yoldur və biz Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanunu məhz Gürcüstana Aİ-yə namizəd ölkə statusu verildikdən sonra qəbul etdik. Bu, Ermənistanın Aİ-yə üzvlük perspektivini daha real etdi. Biz gözləyirik və tələb edirik ki, Aİ ilə Gürcüstan arasında konstruktiv proses inkişaf etsin. Bu, Ermənistan üçün nə qədər vacibdirsə, Gürcüstan üçün də bir o qədər vacibdir”,
– deyə Nikol Paşinyan bildirib.

O vurğulayıb ki, 2025-ci ilin martında Ermənistan Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun qəbul edib. Qanun 2025-ci ilin aprelində qüvvəyə minib.

Gürcüstana Aİ tərəfindən namizəd ölkə statusu 2023-cü ilin dekabrında verilib. Lakin bir il sonra – 2024-cü il 28 noyabrda Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, “Gürcüstan Aİ-yə üzvlüklə bağlı danışıqları dayandırır”.

Bu bəyanatdan sonra genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakimiyyətdə olan Gürcü Arzusu hökuməti etirazlara su şırnaqları, digər xüsusi vasitələr və zorakılıqla cavab verib. Yüzlərlə insan fiziki zorakılığa məruz qalıb, onlarla etirazçı həbs edilib. Həmin vaxtdan etibarən etiraz aksiyaları fasiləsiz davam edir, “Gürcü Arzusu” isə repressiv qanunvericiliyi getdikcə daha da sərtləşdirir.

2025-ci ilin noyabrında Avropa Komissiyası genişlənmə üzrə hesabat dərc edib. Hesabatda Gürcüstanda geriləmə “misli görünməmiş” kimi qiymətləndirilib və qeyd olunub ki, “Gürcüstanın namizəd statusu yalnız kağız üzərində qalıb”.

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google