Baş naziri İrakli Kobaxidzenin bəyanatına görə, 6 və daha yuxarı
yaşda olan minik avtomobillərinin ölkəyə gətirilməsinə qoyulan
qadağa qərarına düzəliş edilib.
Tam məhdudiyyət əvəzinə, bu yaşda olan nəqliyyat vasitələrinin
gömrük rəsmiləşdirilməsi tarifi artırılır.
Baş nazir hökumətin bugünkü iclasında qeyd edib ki, 6 ildən köhnə
avtomobillər üçün aksiz vergisi mühərrikin həcminin hər kub
santimetrinə görə 4.5 lari
məbləğində müəyyən ediləcək.
İrakli Kobaxidzenin izahatına görə, sözügedən dəyişiklik və
qadağanın artırılmış vergi ilə əvəz olunması vətəndaşların və özəl
şəxslərin maraqları nəzərə alınaraq qəbul edilib.
Bununla yanaşı, o vurğulayıb ki, köhnə avtomobillərin idxalına dair
qaydaların sərtləşdirilməsi ilk növbədə ekoloji problemlərin
həllinə xidmət edir.