Forbes dünyanın ən varlı insanlarının siyahısını yeniləyib.
Reytinqdə iki gürcü yer alır – Bidzina İvanişvili və Mixeil
Lomtadze. Forbesin məlumatına görə, sonuncunun sərvəti “Gürcü
Arzusu”nun qurucusu və fəxri sədri olan İvanişvilinin sərvətindən
üç dəfə çoxdur.
50 yaşlı Lomtadze 6 milyard dollar sərvətlə Forbes reytinqində
694-cü yerdədir. 70 yaşlı Bidzina İvanişvili isə 2,7 milyard dollar
sərvətlə
1560-cı yerdə qərarlaşıb.
Forbes-in məlumatına görə, Lomtadzenin əsas gəlir mənbəyi maliyyə
texnologiyalarıdır, İvanişvilinin gəlirləri isə əsasən
investisiyalardan formalaşır.
Nəşr yazır ki, Mixeil Lomtadze Rusiyada fəaliyyət göstərən Baring
Vostok fondunun özəl investorlarından biri olub. Fond 2006-cı ildə
Qazaxıstanın Kaspi şirkətinə investisiya qoyub. Lomtadze həmin
şirkətin baş icraçı direktorudur. Kaspinin səhmləri ilk dəfə
2020-ci ildə London Fond Birjasında yerləşdirilib və həmin vaxt
şirkətin dəyəri 6,5 milyard dollar idi. Forbes-in məlumatına görə,
Lomtadzenin şirkəti Qazaxıstanda ən populyar rəqəmsal və bank
ödəniş xidmətlərindən birini təqdim edir və ölkə əhalisinin 50
faizdən çoxu bu xidmətdən istifadə edir. Təkcə 2024-cü ildə Kaspi
2,5 milyard dollar gəlir əldə edib.
Mixeil Lomtadze 1975-ci ildə Batumidə anadan olub. O, bakalavr
dərəcəsini Gürcüstanın Avropa Menecment Məktəbində (ESM) alıb. Daha
sonra təhsilini Harvard Universitetində davam etdirərək biznes
idarəçiliyi üzrə magistr dərəcəsi qazanıb. Hazırda Qazaxıstanın ən
böyük şəhəri olan Almatıda yaşayır, lakin Gürcüstan vətəndaşıdır.
Forbesin məlumatına görə, o evli deyil.
Mixeil Lomtadze ictimaiyyət qarşısında tez-tez görünən
şəxslərdəndir. Onun YouTube platformasında öz kanalı var və burada
ictimai çıxışlarını, müsahibələrini, yeni məhsul və xidmətlərin
təqdimatını, həmçinin biznes fəaliyyəti ilə bağlı müxtəlif məlumat
xarakterli videolar paylaşır.
Forbesin məlumatına görə, 2022-ci ildən bu günə qədər Lomtadzenin
sərvəti sabit şəkildə artıb: 2022-ci ildə onun sərvəti 1,9 milyard
dollar idi, 2023-cü ildə 3,7 milyard dollara, 2024-cü ildə 5,6
milyard dollara, 2025-ci ildə 5,9 milyard dollara çatıb, 2026-cı
ildə isə artıq 6 milyard dollar olub.
Bunun əksinə olaraq, Bidzina İvanişvilinin sərvəti son iki ildə
əhəmiyyətli dərəcədə azalıb. Forbesin məlumatına görə, 2021–2024-cü
illərdə İvanişvilinin sərvəti 4,8–4,9 milyard dollar civarında
dəyişirdi, 2025-ci ildə isə 2,7 milyard dollara qədər azalıb.
“Gürcüstanda ən varlı insan olan Bidzina İvanişvili
pulunu Rusiyada metallurgiya və bank sahəsində qazanıb, daha sonra
isə vəsaitlərini nağdlaşdıraraq 2003-cü ildə vətəninə
qayıdıb”, – Forbesin saytında onun haqqında məqalə bu
cümlə ilə başlayır.
Nəşr yazır ki, 2012-ci ildə İvanişvili Gürcüstanın baş naziri
seçilib. Bir il sonra isə onun partiyası prezident seçkilərində də
qalib gəldikdən sonra o, vəzifəsindən istefa verib və “öz borcunu
yerinə yetirdiyini” bildirib. Nəşr qeyd edir ki, 2024-cü ildə
İvanişvili yenidən siyasətə qayıdaraq partiyanın “fəxri sədri”
olub.
Forbes həmçinin qısa şəkildə Bidzina İvanişvili ilə Credit Suisse
bankı arasında olan mübahisədən də bəhs edir. Onun haqqında məlumat
ABŞ tərəfindən tətbiq edilən sanksiyaların qeyd olunması ilə
tamamlanır. Bu sanksiyalar ona “Rusiya Federasiyasının maraqları
naminə Gürcüstanın demokratik və avroatlantik gələcəyinə zərər
vurmaq” ittihamı ilə tətbiq edilib.
Reytinqdə yer alan bütün şəxslər haqqında rəsmi və faktiki
məlumatlardan əlavə, Forbes İvanişvili barədə əlavə məlumat da
təqdim edir. Nəşr yazır ki, o, Tbilisiyə baxan 108 000 kvadratmetr
sahəsi olan evdə yaşayır. Həmçinin qeyd olunur ki, onun sənət
əsərləri kolleksiyası var və bu kolleksiyaya Pablo Pikassonun “Dora
Maar” əsəri də daxildir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.