"Məqsədimiz kəndin modernləşdirilməsinə kömək etməkdir" - İrakli Kobaxidze

"Məqsədimiz güclü, texnoloji cəhətdən təchiz olunmuş və biznesə yönəlmiş fermer təsərrüfatlarının formalaşdırılması da daxil olmaqla, kəndin

modernləşdirilməsinə kömək etməkdir", - bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Kənd Təsərrüfatının İnkişaf İndeksinin təqdimatında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, məhsuldarlıq, qiymətlər və investisiya göstəriciləri ilə harada irəliləyişin olduğunu və harada daha çox işə ehtiyac duyulduğunu aydın şəkildə göstərən

Kənd Təsərrüfatının İnkişafı İndeksinin yaradılması çox təqdirəlayiqdir.

"İlk növbədə, sektor üçün bu son dərəcə vaxtında və strateji cəhətdən vacib platformanı yaratdığına görə "Galt&Taggart"a təşəkkür edirəm.

Kənd təsərrüfatı iqtisadiyyatımızın əsas sütunlarından və regional inkişafın hərəkətverici qüvvələrindən biridir. Dövlətin bu sektora yanaşması qəti və ardıcıldır: məqsədimiz güclü, texnoloji cəhətdən təchiz olunmuş və biznesə yönəlmiş fermer təsərrüfatlarının formalaşdırılması da daxil olmaqla, kəndin modernləşdirilməsinə kömək etməkdir. Doğru iqtisadi siyasətin planlaşdırılması üçün dəqiq analitika həyati əhəmiyyət daşıyır. Buna görə də, bu gün təqdim olunacaq Kənd Təsərrüfatının İnkişaf İndeksinin yaradılması çox təqdirəlayiqdir. Məhsuldarlıq, qiymətlər və investisiya göstəricilərini özündə əks etdirən bu alət harada irəliləyişimizin olduğunu və harada daha çox işləməli olduğumuzu aydın şəkildə göstərir.

Bu gün ətraflı şəkildə tanış olacağımız rəqəmlər və sahəvi analiz həqiqətən diqqətəlayiqdir. 2025-ci ildə qida məhsulları bazarımız 21,5 milyard lariyə çatıb. 2019-cu ildən bəri bu həcm demək olar ki, ikiqat artıb və mövcud tendensiya ilə 2030-cu ilə qədər 30 milyardlıq bazar gözləyirik.

Əsas vəzifəmiz bu artan tələbatı yerli istehsalla qarşılamaqdır. Bu gün ət, süd məhsulları və taxıl istiqamətlərində hələ də idxaldan əhəmiyyətli dərəcədə asılıyıq", - deyə İrakli Kobaxidze qeyd edib.

Mənbə: BusinessMedia


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google