Kobaxidze: Plastik şüşələrin qadağan edilməsi təxirə salına bilər

Gürcüstanda kiçik ölçülü plastik şüşələrdə su, şirə, qazlı içkilər və alkoqolun qablaşdırılması 1 fevral 2027-ci ildən qadağan edilməlidir. Qərar 12 martda qəbul edilsə də, "Gürcü Arzusu" hökumətinin Baş naziri İrakli Kobaxidze bu qərara yenidən baxıla biləcəyini deyir.



“Sektor nümayəndələri ilə ünsiyyətim olub və şəxsən söz vermişəm ki, onlarla yekun məsləhətləşmələr aparılmadan qəti qərar verilməyəcək”, - deyə

o, Hökumət Administrasiyasında keçirilən brifinqdə BMG jurnalistinin sualına cavab verərkən bildirib.

O həmçinin qeyd edib ki, içkilərin plastik şüşələrə doldurulmasının qadağan edilməsi qərarı ətraf mühitə dəyən ziyanın və ağır xəstəliklərin azaldılması məqsədilə qəbul edilib. Lakin buna baxmayaraq, qərar dəyişdirilə bilər.

“Vaxt kifayət qədərdir... Təxirə sala bilərik və ya dəyişdirə bilərik. Biz tamamilə açığıq, biznesin maraqlarına zərər vurmaq istəmirik. Müvafiq məhsulların qiymətlərinin bahalaşmasını da istəmirik. Beləliklə, həm insan sağlamlığını və ətraf mühiti, həm də digər tərəfdən biznes maraqlarını və qiymət artımının qarşısını alan bir qərar qəbul ediləcək”, - deyə Baş nazir vurğulayıb.

Qida və alkoqolun saxlanması üçün plastik məmulatların qadağan edilməsi haqqında

"Tullantıların İdarə olunması Məcəlləsi"nin 10-cu maddəsinə əsaslanan bu tənzimləmə Gürcüstan hökuməti tərəfindən 12 martda qəbul edilib. Qaydanın bir hissəsi — qida obyektlərindən məhsulların verilməsi zamanı tətbiq olunan qadağa — 1 iyul 2026-cı ildən qüvvəyə minməlidir. İçkilərin plastik şüşələrə doldurulması ilə bağlı ikinci hissə isə 1 fevral 2027-ci ildən tətbiq edilməlidir.

Qadağa su üçün nəzərdə tutulan 3 litr və daha çox həcmli şüşələrə şamil edilmir. Digər içkilər üçün isə plastik şüşənin həcmi 20 litrdən çox ola bilər.

Şirkətlər məhsulların plastik qablarda satışına üstünlük verirlər, çünki bu, daha ucuzdur, daşınması az xərc tələb edir və nəql zamanı xüsusi şərtlər tələb etmir.

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google