Aprelin 12-də Tbilisidə yerləşən Mirzə Fətəli Axundov adına
Azərbaycan Mədəniyyəti Muzeyində gənclərin fərdi inkişafına həsr
olunmuş maarifləndirici görüş keçirilib.
"İnkişaf üçün düşünək" adlı bu tədbir "Parlaq Gələcək Gənclər
Mərkəzi" və "FilAra" Təhsil və Mədəniyyət Mərkəzinin birgə
təşkilatçılığı, eləcə də Filiz Abdullayeva və Araz Musayevin
təşəbbüsü ilə reallaşıb.
Təşkilatçıların sözlərinə görə, layihənin əsas məqsədi gəncləri
intellektual müzakirələrə cəlb
etmək və onların fərdi inkişafına
dəstək olmaqdır.
“İnkişaf üçün düşünək” adını daşıyan bu maarifləndirici
tədbir gənclər arasında böyük maraqla qarşılandı. Görüş zamanı
gənclər fəlsəfi suallar ətrafında maraqlı diskussiyalar aparıb,
müasir məsələlərə öz innovativ yanaşmalarını nümayiş etdirdilər.
Səmərəli keçən müzakirələrdən sonra tədbirdə fəal iştirak edən
gənclərə sertifikatlar təqdim olundu”.
Təşkilatçıların verdiyi məlumata görə, gənclərin inkişafına
yönəlmiş bu formatda görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə
tutulub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.