Zaxarova: Rusiya Gürcüstanı Aİ-yə üzv olacağı təqdirdə “qeyri-dost ölkələrin siyahısına” daxil etmək məcburiyyətində qalacaq
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, əgər Gürcüstan Avropa İttifaqına üzv olsa, Rusiya “məcbur qalacaq” ki, onu “qeyri-dost ölkələr” siyahısına daxil etsin.

Mariya Zaxarovanın sözlərinə görə, bu addım Rusiyaya məhsul ixrac edən gürcü istehsalçılarına mənfi təsir göstərəcək.

“Demirəm ki, bunu etmək istəyirik, lakin Avropa İttifaqının yeni tələblərini nəzərə alaraq, Gürcüstanı

qeyri-dost rejimə malik ölkələrin siyahısına salmaq və ona münasibətdə adekvat iqtisadi tədbirləri tətbiq etmək məcburiyyətində qalacağıq”,
– deyə Zaxarova 16 aprel, cümə axşamı keçirilən brifinqdə suala cavab verərkən bildirib.
  • Rusiya hökuməti 2022-ci ildə Rusiyaya münasibətdə “qeyri-dost ölkələrin” siyahısını hazırlayıb;
  • Siyahıda ABŞ, Böyük Britaniya, Aİ üzv dövlətləri, Ukrayna, İslandiya, Kanada və digər müttəfiqlər yer alır;
  • Siyahıya Gürcüstan daxil edilməyib; eləcə də Ermənistan və keçmiş SSRİ ölkələrinin heç biri – Ukrayna və Baltikyanı ölkələr istisna olmaqla.
Zaxarovanın sözlərinə görə, Gürcüstanın bu siyahıya əlavə olunması avtomatik olaraq Rusiyaya gətirilən gürcü mineral suları, meyvələri, şərabları və digər bütün məhsulların istehsalçılarına qarşı uyğun iqtisadi tədbirlərin tətbiqini nəzərdə tutacaq.

“Rusiyada hələ də tam başa düşülmür ki, Tbilisi necə olur Aİ-yə can atır”

Mariya Zaxarova həmçinin bildirib ki, Rusiya üçün “hələ də tam aydın deyil”, Tbilisi necə olur ki, belə bir ittifaqa qoşulmaq istəyir; həmin ittifaqın üzvləri:
  • “tamamilə səbəbsiz şəkildə Gürcüstana qarşı sanksiyalar tətbiq edir və onu yeni antirusiya hərbi avantürasına təhrik edir”;
  • “Gürcüstanda dövlət çevrilişinə cəhdləri demək olar ki, açıq şəkildə dəstəkləyir”;
  • “gürcü xalqına onlara yabançı olan anti-dəyərləri zorla təlqin edir və maliyyə-iqtisadi rıçaqlarla onları öz mədəniyyətindən və kimliyindən imtina etməyə məcbur edir”.
Gürcüstan hökumətinin mövqeyi ondan ibarətdir ki, Qərb nümayəndələri – o cümlədən Avropa İttifaqı – 2020-ci ildən bəri Gürcüstanda dövlət çevrilişi təşkil etməyə çalışır. Onlar bu qüvvələri tez-tez “qlobal müharibə partiyası” (sonradan “deep state”) adlandırırlar.

Hökumət bildirir ki, yaranmış vəziyyətə baxmayaraq, Aİ-yə inteqrasiya “2030-cu ilə qədər əldə oluna bilən hədəfdir” və indi “top Brüsselin meydanındadır”.

“Avroskeptiklərin sayı artır”
Zaxarova daha sonra qeyd edib ki, “istənilən ölkənin Aİ-yə üzvlüyü yalnız milli suverenitetin əhəmiyyətli hissəsinin Brüsselə təhvil verilməsi şərtilə mümkündür”.

“Brüssel Tbilisi ilə bağlı öz əsl məqsədlərini və niyyətlərini anlamaq üçün daha nə etməlidir?!”
– deyə Rusiya XİN sözçüsü bildirib.

Onun sözlərinə görə, Gürcüstanın Avropa İttifaqına üzvlüyü “Brüsselin destruktiv tələbləri nəzərə alınarsa, Gürcüstan turizm sənayesinə ağır zərbə vuracaq və Gürcüstanla Rusiyada yaşayan qohumlar arasında əlaqələri təhlükə altına salacaq”.

Rəsmi Moskvanın oxşar ritorikası son illərdə Avropa inteqrasiyası niyyətindən danışan Ermənistanla bağlı da davam edir.

Mariya Zaxarovaya Rusiya-Gürcüstan münasibətləri ilə bağlı sual bu dəfə də – əvvəlki dəfə olduğu kimi, 25 martda – prokreml mövqeləri ilə tanınan gürcü jurnalist Nikoloz Mjavanadze tərəfindən ünvanlanıb. “Sezoni TV” bağlandıqdan bir neçə ay sonra o, Gürcüstanı tərk edib.

Mjavanadzenin sualı belə olub: “2026-cı ildə Gürcüstanla Aİ arasında münasibətlər gərgin olaraq qalır. Aİ-nin maliyyə yardımının dayandırılması və əlavə sanksiyaların tətbiqinin qüvvədə saxlanılması gözlənilir, xüsusilə də Budapeştdə Macarıstan müxalifətinin hakimiyyətə gəlməsindən sonra. Bununla belə, Gürcüstan Aİ-yə üzvlük yolunda irəliləməkdə davam edir və Avropa inteqrasiyasına sadiqliyi Konstitusiyasının 78-ci maddəsində təsbit olunub. Aİ-yə üzvlük Rusiya-Gürcüstan münasibətlərinə necə təsir göstərəcək?”

Zaxarova əlavə edib ki, “əgər Gürcüstan Aİ-yə üzv olsa idi, o, Ukraynaya hərbi yardım sxemlərində iştirak etməyə məcbur olardı”.

“Respublikada avroskeptiklərin sayı artır və neytrallığı müdafiə edən siyasi qüvvələr mövcuddur”, – deyə o bildirib.
______________________________________

  • 2024-cü il 28 noyabrda, – mübahisəli parlament seçkilərindən bir ay sonra – “Gürcü Arzusu” hökumətinin başçısı İrakli Kobaxidze bəyan etdi ki, Gürcüstan “2028-ci ilədək” Aİ-yə üzvlük üzrə danışıqların başlanmasını gündəliyə çıxarmayacaq;
  • Bu açıqlamadan sonra kütləvi etiraz aksiyaları baş verdi və etirazların dağıdılmasından sonra Aİ Gürcüstanla siyasi dialoqu dayandırdı, münasibətləri dondurdu və hökumətə maliyyə yardımını kəsdi;
  • 2026-cı il 6 martdan etibarən Avropa Komissiyasının 2024-cü il qərarı – gürcü diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimin dayandırılması tam qüvvəyə mindi.
Son illərdə baş verən proseslər fonunda Rusiya Federasiyası Gürcüstanla bağlı tez-tez açıqlamalar verir.

Mariya Zaxarova 25 mart brifinqində bildirmişdi ki, Rusiya “Gürcüstanla məzmunlu siyasi dialoqdan yayınmayacaq”, əgər Tbilisi buna hazır olsa.

Rusiya ilə münasibətlərdən danışarkən Gürcüstan hökuməti bildirir ki, ölkə ərazisinin 20%-i işğal altında olsa belə, “sülh və praqmatik yanaşma”dan geri çəkilməyəcək.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google