Marneuli meriyası uşaq bağçalarının mətbəxləri üçün avadanlıq
alınması məqsədilə konsolidə edilmiş tender çərçivəsində iki
müqavilə imzalayıb.
Sənədə əsasən, müqavilə “TRG Group” MMC ilə bağlanıb və ümumi
dəyəri 165 166 lari təşkil edir.
Bu məbləğin 122 700 lari hissəsinə mikserlər, əl blenderləri,
tərəvəz doğrayıcılar, qaz plitəsi və digər mətbəx avadanlıqları
alınıb.
Alınan avadanlıqlar arasında aşağıdakılar var:
- 4 ədəd mikser — hər biri 430 lari
- 4 ədəd əl blenderi — hər biri 300 lari
- 4 ədəd tərəvəz doğrayıcı — hər biri 1 250
lari
- 4 ədəd doğrayıcı — hər biri 75 lari
- 4 ədəd kartof təmizləyici — hər biri 1 800
lari
- 5 ədəd elektrik ətçəkən — hər biri 550
lari
- 4 ədəd xəmiryoğuran aparat — hər biri 1 600
lari
- 19 ədəd konveksiya sobası (6 sinili) — hər biri 4 300
lari
- 1 ədəd elektrik soba — 3 850 lari
- 3 ədəd elektrik soba — hər biri 3 750
lari
- 7 ədəd kiçik elektrik tərəzi — hər biri 85
lari
- 7 ədəd böyük elektrik tərəzi — hər biri 105
lari
Bundan əlavə, meriyanın digər bir tenderi çərçivəsində 42 466 lari
ödənilərək 8 ədəd qabyuyan çanaq, 30 ədəd rəf (stellaj), 23 ədəd
paslanmaz masa, 19 ədəd təkərli masa və 5 ədəd mətbəx duşu
alınıb.
Avadanlıqlar hansı bağçalara veriləcək?
Bələdiyyə bu texnikaları əsasən dörd uşaq bağçası üçün satın
alıb:
- Marneuli şəhər 5 nömrəli uşaq bağçası (Yalquca küçəsi
yaxınlığı);
- Marneuli şəhər 2 nömrəli uşaq bağçası (20 Yanvar küçəsi
yaxınlığı);
- Tsereteli uşaq bağçası;
- Şulaveri uşaq bağçası.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.