Şulaver kəndində keçirilən etiraz aksiyası zamanı hüquq-mühafizə
orqanlarının əməkdaşları
İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə (polisin qanuni
tələbinə tabe olmamaq) iki nəfəri saxlayıb. Yerli fermerlər bu gün
səhər saatlarından toplaşaraq məhsulların satışı ilə bağlı yaranmış
problemlərə görə Marneuli meri Daur İsmayılovla görüş tələb
ediblər.
Aksiya iştirakçılarının tələbinə baxmayaraq, merin hadisə yerinə
gəlməməsi vəziyyətin gərginləşməsinə və magistral yolun
bağlanması
cəhdinə səbəb olub.
Daha sonra fermerlərlə merin müavini Qiorqi Qodabrelidze görüşüb;
o, məsələnin araşdırılmasını və problemlərin müzakirəsi üçün meriya
binasına gəlməyi təklif edir. Hazırda mer müavini aksiya
iştirakçılarının yanındadır və saxlanılan şəxslərin azadlığa
buraxılmasını onlarla birlikdə gözləyir.