İran prezidenti Məsud Pezeşkian bu yaxınlarda ali lider Müctəba
Xamenei ilə görüşdüyünü və ətraflı söhbət etdiyini açıqlayıb.
Pezeşkian mayın 7-də İran Səhiyyə Nazirliyində çıxış edərkən deyib
ki, Xamenei ilə görüşü iki saat yarım çəkib. O, görüşün
təfərrüatlarından danışmayıb, lakin ali lideri "səmimiyyəti və
təvazökarlığına görə ölkənin idarəetmə və inzibati sistemi üçün
örnək" adlandırıb.
Keçmiş ali
lider Əli Xamenei fevralın 28-də ABŞ və İsraillə
müharibənin ilk günü öldürülüb. Martın 8-də İranın Ekspertlər
Şurası onun oğlu Müctəba Xameneini yeni ali lider elan edib.
Ancaq o vaxtdan bəri ali lider ictimaiyyət qarşısına çıxmayıb, onun
heç bir görüntüsü və ya səs yazısı yayımlanmayıb. İran mediası
Xameneiyə aid olduğu bildirilən bəzi yazılı açıqlamalar dərc
edib.
"The New York Times" ötən həftə yazıb ki, Xamenei atasının
öldürüldüyü gün yaralanıb və ayaq, dodaq, üz nahiyəsindəki
xəsarətlərdən müalicə alır.
Qəzet İran rəsmilərinə istinadən bildirib ki, Xameneinin indiyədək
video və ya audiomüraciət yaymamasının səbəbi ilk ictimai çıxışında
zəif görünmək istəməməsidir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.