Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) bu həftə administrasiya
rəsmilərinə təqdim etdiyi məxfi təhlilə görə, İran ABŞ-nin dəniz
blokadasına ən azı üç-dörd ay tab gətirə bilər.
"The Washington Post" sənədlə tanış olan dörd nəfərə istinadən
yazır ki, bu nəticə prezident Donald Trampın müharibənin başa
çatacağına dair nikbinliyi barədə yeni suallar yaradır.
Qəzetin yazdığına görə, ABŞ kəşfiyyat icmasının
təhlilində o da
deyilir ki, ABŞ və İsrailin həftələrlə davam edən intensiv
bombardmanına baxmayaraq, Tehran ballistik raket imkanlarını
qoruyur.
Bir ABŞ rəsmisinin sözlərinə görə, İran müharibədən əvvəlki mobil
raket qurğularının 75 faizini və raket ehtiyatlarının 70 faizini
qoruyub saxlaya bilib. Hətta rejimin yeraltı anbarlarının, demək
olar, hamısını yenidən istifadəyə qaytarmasına və zədələnmiş
raketlərin bir qismini təmir etməsinə dair sübutlar var.
Prezident isə İranın raket arsenalının böyük hissəsinin məhv
edildiyini, əvvəlki ehtiyatın cəmi 18-19 faizinin qaldığını
bildirib.
"The Washington Post"a danışan ABŞ rəsmilərindən birinin qənaətinə
görə, İranın uzunmüddətli iqtisadi təzyiqlərə tab gətirmək
potensialı hətta CIA-nın qiymətləndirməsindən də yüksəkdir:
"Oxşar rejimlərin illərlə embarqolar və intensiv hava
zərbələri şəraitində belə öz mövcudluğunu qoruyub saxladığını
görmüşük".
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hava zərbələrinə
başlayandan sonra Tehran Vaşinqtonun Fars körfəzindəki
müttəfiqlərinə raket və dron hücumları həyata keçirib, Hörmüz
boğazını faktiki olaraq bağlayıb. Müharibəyədək dünyada neft və qaz
tədarükünün 20 faizi bu boğazdan keçirdi.
Mayın 4-də ABŞ prezidenti Donald Tramp Fars körfəzində blokadada
qalmış gəmiləri müşayiət etmək və boğazın açılmasına nail olmaq
üçün dəniz əməliyyatına başlanıldığını elan edib. Vaşinqton özünün
son sülh təklifinə Tehrandan cavab gözlədiyi üçün bu təşəbbüs az
sonra dayandırılıb.
İran iqtisadiyyatı isə müharibənin fəsadlarından, artan
inflyasiyadan və iqtisadi yanlış idarəetmədən əziyyət çəkir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.