Diplomatların sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında ABŞ-nin
Hörmüz boğazı ilə bağlı təqdim etdiyi qətnamə layihəsinə
Rusiya və Çinin veto qoyma ehtimalı böyükdür. Sənəddə İrandan
Hörmüz boğazında hücumları və mina döşəmə fəaliyyətini dayandırması
tələb olunur.
Layihədə İranın mövcud atəşkəsi pozduğu iddia edilir. Tehranın
Hörmüz boğazında gəmilərin azad hərəkətinə mane olmağa,
məhdudlaşdırmağa və ödəniş tətbiq etməyə yönəlmiş fəaliyyət
və
təhdidləri pislənilir.
Həmçinin Tehrandan hücumları dayandırması, döşənmiş minaların
koordinatlarını təqdim etməsi və minatəmizləmə əməliyyatlarına mane
olmaması tələb edilir.
Vaşinqtonun BMT-dəki elçisi Mayk Uolts mayın 7-də Fars körfəzi
ölkələrinin təmsilçiləri ilə birlikdə jurnalistlərə bildirib ki,
"bu təşəbbüsü rədd etməyə çalışan istənilən ölkə çox
təhlükəli presedent yaradır".
"Özümüzdən soruşmalıyıq: əgər bir ölkə bu qədər sadə
bir təklifə qarşı çıxırsa, doğrudanmı sülh istəyir?",
– o əlavə edib.
Layihəni ABŞ və Bəhreyn hazırlayıb, Səudiyyə Ərəbistanı, Birləşmiş
Ərəb Əmirlikləri, Küveyt və Qətər onu dəstəkləyib.
İranın BMT-dəki səfiri Əmir Səid İrəvani qətnaməni "dərin qüsurlu,
birtərəfli və siyasi motivli" adlandırıb.
Rusiya və Çin məsələyə dair rəsmi şərh verməyiblər. Bir diplomat
"Reuters" agentliyinə deyib ki, Moskva layihənin geri götürülməsini
və ya tamamilə yenidən yazılmasını tələb edib.
Diplomatın sözlərinə görə, Çin mətni "qərəzli" adlandırıb və BMT
Nizamnaməsinin VII fəslinə istinad olunmasını tənqid edib. Həmin
fəsil Təhlükəsizlik Şurasına sanksiyalardan hərbi əməliyyatlara
qədər müxtəlif tədbirlər görmək səlahiyyəti verir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.