Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı
Gürcüstan Mədəniyyət Nazirliyinin maddi dəstəyi ilə
2-6 iyun tarixlərində ölkənin müxtəlif regionlarında qastrol
səfərində olub.
Teatr kollektivi tamaşaçılara Rafiel Eristavinin “Əvvəlcə öldülər,
sonra evləndilər” və Əziz Nesinin “Öldür məni, əzizim” əsərləri
əsasında hazırlanmış tamaşaları təqdim edib.
Xulo və Xelvaçauri şəhərlərinin mədəniyyət mərkəzlərində nümayiş
olunan “Əvvəlcə öldülər, sonra
evləndilər” tamaşası tamaşaçılar
tərəfindən böyük maraqla qarşılanıb. Tamaşa yüksək qiymətləndirilib
və alqışlarla yekunlaşıb. Səhnə əsərinin quruluşçu rejissoru
teatrın direktoru Turqay Vəlizadədir.
Eyni zamanda Kobuleti və Keda şəhərlərində Əziz Nesinin “Öldür
məni, əzizim” əsəri əsasında hazırlanmış tamaşa nümayiş etdirilib.
Bu tamaşa da tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tamaşanın rejissoru Qiorqi Apxazavadır.
Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram
Teatrının direktoru Turqay Vəlizadədir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.