Mübahisəli parlament sədri Şalva Papuaşvilinin bəyanatına görə,
Parlamentdə media akkreditasiyası qaydalarına dəyişiklik
edilir.
O, iyunun 8-də keçirdiyi brifinqdə bildirib ki, dəyişikliklər həm
ayrı-ayrı jurnalistlərə, həm də bütövlükdə media qurumlarına şamil
olunacaq.
Nə dəyişir?
Papuaşvilinin izahına görə, hazırkı qaydalara əsasən jurnalist
akkreditasiya qaydalarını ilk dəfə pozduqda onun akkreditasiyası 1
ay müddətinə dayandırılır, təkrar pozuntu halında isə 6 ay
müddətinə qüvvədən salınırdı.
Yeni dəyişikliklərə əsasən, ilk pozuntu zamanı jurnalistin
akkreditasiyası yenə 1 ay müddətinə dayandırılacaq, lakin təkrar
pozuntu halında bu müddət 1 ilə qədər artırıla biləcək.
“Pozuntunun ağırlığı və təkrarlanma tezliyi nəzərə
alınmaqla, bütövlükdə media qurumunun akkreditasiyası da 1 ilə
qədər müddətə ləğv edilə bilər”, – deyə Şalva
Papuaşvili bildirib.
Dəyişikliklərin səbəbi
Papuaşvilinin sözlərinə görə, dəyişikliklərin məqsədi Gürcüstan
parlamentinin akkreditasiya sistemini Avropa sisteminə
yaxınlaşdırmaqdır.
“Bildiyiniz kimi, vaxtilə Avropa Parlamentinin qəbul
etdiyi bəzi qərarlar zamanı mən də demişdim ki, Avropa
Parlamentində mövcud olan akkreditasiya sistemini öyrənəcəyik.
Orada müəyyən maraqlı məqamlar var idi ki, onları Gürcüstan
parlamentində tətbiq edib akkreditasiya sistemimizi Avropa sistemi
ilə yaxınlaşdıra bilərik”, – deyə o bildirib.
Onun sözlərinə görə, deputatlarla müsahibə aparmaq üçün əvvəlcədən
razılıq alınması qaydası hələlik tətbiq olunmayacaq.
“Avropa Parlamentində baş vermiş son insident zamanı
qeyd olunmuşdu ki, jurnalist müsahibə üçün əvvəlcədən razılıq
almamışdı. Bizdə bu günədək belə bir tələb yoxdur və Avropa
Parlamentindən bu qaydanı götürməyəcəyik. Yəni parlament üzvündən
əvvəlcədən razılıq alınması tələbi tətbiq edilməyəcək. Buna görə də
Avropa Parlamentinin bu sərt yanaşmasını hələlik Gürcüstan
parlamentinin akkreditasiya sisteminə
keçirməyəcəyik”, – deyə Papuaşvili qeyd edib.
Parlamentdə media akkreditasiyası qaydalarının Avropa
standartlarına uyğun şəkildə yenidən nəzərdən keçiriləcəyini Şalva
Papuaşvili may ayında açıqlamışdı.
Bu açıqlama Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalmış
hakimiyyətyönlü “İmedi” televiziya kanalının Avropa Parlamentində
fəaliyyətinin bir il müddətinə qadağan edilməsindən sonra
verilmişdi.
Həmin vaxt Papuaşvili Avropa Parlamentinin qərarını belə
qiymətləndirmişdi:
Bir tərəfdən, bu, “medianın bağlanmasına yönəlmiş Böyük
Britaniyanın düşmən qərarının davamıdır”, digər tərəfdən isə onun
fikrincə, “Brüsselin bu gün qorxduğu şey həqiqətin
səslənməsidir”.
Eyni zamanda o bildirmişdi ki, bu qərar onu Gürcüstan parlamentində
də oxşar qaydaların tətbiqi barədə düşünməyə vadar edib.
Sonradan, mayın 22-də “Publika” onlayn nəşrinin və “Monitor”
studiyasının parlament akkreditasiyası vaxtından əvvəl ləğv
edilmişdi. Hər iki halda səbəb kimi akkreditə olunmuş
jurnalistlərin ardıcıl 10 həftə ərzində parlamentdə olmaması
göstərilmişdi.
Parlament və jurnalistlərin iş qaydaları
Parlamentdə akkreditə olunmuş jurnalistlərin fəaliyyətinin müəyyən
müddətə dayandırılması ilə bağlı qərarlar əvvəllər də qəbul olunub,
lakin bu qərarlardan əvvəl akkreditasiyanın tam ləğvi halı baş
verməmişdi.
Parlamentdə jurnalistlərin fəaliyyət qaydaları parlament sədri
Şalva Papuaşvili tərəfindən təsdiqlənib. Sənəd 1 mart 2023-cü ildən
qüvvədədir.
Bu qaydalara əsasən, əgər parlament üzvü şərh verməkdən imtina
edirsə və jurnalist buna baxmayaraq sual verməyə davam edirsə, ona
qanunverici orqanda fəaliyyət məhdudiyyəti tətbiq oluna bilər.
Qaydaların pozulmasına görə aşağıdakı sanksiyalar nəzərdə
tutulub:
• Aparat rəhbərinin qərarı ilə jurnalistin akkreditasiyası 1
ay
müddətinə dayandırıla bilər;
• Pozuntu təkrarlandıqda akkreditasiya 6 ay müddətinə dayandırıla
bilər;
• Həmin jurnalistin başqa jurnalistlə əvəz olunmasına icazə
verilmir.
Qaydalara əsasən, parlament fəaliyyətini işıqlandıran media
qurumları üçün akkreditə olunmuş jurnalistlərin sayı da müəyyən
edilib. Onlayn media üçün bu limit maksimum 4 jurnalistdir.
Parlament binasında jurnalistlərin öhdəlikləri
Şalva Papuaşvilinin əmrinə əsasən, Parlament binasında olan
jurnalist:
1. Parlamentdə keçirilən tədbirlərin gedişinə mane olmamalıdır;
2. Əvvəlcədən icazə almadan deputatın və ya aparat əməkdaşının iş
otağını çəkməməlidir;
3. Deputat, aparat əməkdaşı və ya parlamentdə qonaq olan şəxs
müsahibədən imtina etdikdə müsahibəni dayandırmalıdır;
4. Şəxsin razılığı olmadan onun sənədlərini, telefonunun və ya
digər elektron cihazının ekranını, üzərindəki məlumatın görünəcəyi
şəkildə çəkməməlidir;
5. Parlamentdə olan şəxslərə qarşı nalayiq, seksist və ya
diskriminasiya xarakterli ifadə və davranışlara yol
verməməlidir;
6. Dövlət Mühafizə Xidmətinin və ya mandat xidmətinin
göstərişlərinə tabe olmalıdır;
7. Akkreditasiya vəsiqəsini görünən yerdə daşımalı və onu başqa
şəxsə verməməlidir.
Təhlükəsizlik səviyyələri
2023-cü ilin sentyabrında Şalva Papuaşvilinin əmri ilə parlament
binasında təhlükəsizlik səviyyələri də tətbiq olunub: “yaşıl”,
“sarı” və “qırmızı”.
“Sarı təhlükəsizlik səviyyəsi” o deməkdir ki, binaya, o cümlədən
komitə və plenar iclaslara yalnız müvafiq struktur bölmələrinin
dəvət etdiyi şəxslər və televiziya mediasının jurnalistləri
buraxılır.
“Qırmızı təhlükəsizlik səviyyəsi” qüvvədə olduqda isə parlament
aparatının rəhbərinin müəyyən etdiyi şəxslərdən başqa heç kəs
binaya daxil ola bilməz.
Müxalifət partiyaları, Gürcüstanın beşinci prezidenti Salome
Zurabişvili və seçicilərin bir hissəsi tərəfindən qeyri-legitim
hesab edilən XI çağırış parlamentin ilk iclas günü – 25 noyabr
2024-cü ildə parlamentdə “sarı təhlükəsizlik səviyyəsi” tətbiq
olunmuşdu.
Noyabrın 29-da isə bu rejim “qırmızı səviyyə” ilə əvəz edilmişdi.
Buna səbəb “Gürcü Arzusu” hökumətinin Avropa İttifaqına üzvlüklə
bağlı danışıqların açılması məsələsini 2028-ci ilin sonuna qədər
gündəliyə çıxarmamaq qərarına qarşı parlament qarşısında başlayan
etiraz aksiyaları olmuşdu.
Yeni parlament seçkilərinin keçirilməsi və həbs edilmiş
nümayişçilərin azadlığa buraxılması tələbi ilə aksiyalar bu gün də
davam edir.
“Sarı səviyyə” həmçinin 2024-cü ilin dekabrında prezident seçilməsi
proseduru zamanı və 2025-ci ilin fevralında Mixeil Kavelaşvili
tərəfindən təqdim olunan hesabat çıxışı zamanı da qüvvədə
olmuşdu.
Parlament binasında “sarı səviyyə”, məsələn, 2024-cü ilin yazında
“xarici agentlər haqqında qanun”a qarşı keçirilən etiraz aksiyaları
zamanı da tətbiq edilmişdi.
Şalva Papuaşvilinin 2023-cü il tarixli əmrinə əsasən, televiziya
mediası istisna olmaqla, müxtəlif media qurumlarının parlamentdə
fəaliyyəti dəfələrlə məhdudlaşdırılıb.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.