2026-cı ilin mart ayında Avropa Komissiyası diplomatik və
xidməti pasport sahibi olan Gürcüstan vətəndaşları üçün vizasız
gediş-gəlişi ilkin olaraq 12 ay müddətinə dayandırıb.
Vizasız rejimlə bağlı saziş dayandırıldıqda, Komissiya müvafiq
üçüncü ölkə ilə “gücləndirilmiş dialoq” adlandırdığı prosesi
başladır. Bu barədə Avropa Komissiyasının sözçüsü Markus Lamert
“Euroscope”un Gürcüstan tərəfi ilə iyunun 11-də keçiriləcək görüşə
dair sualını cavablandırarkən
bildirib.
“2026-cı ilin mart ayında Komissiya diplomatik və
xidməti pasport sahibi olan Gürcüstan vətəndaşları üçün vizasız
gediş-gəlişi ilkin olaraq 12 ay müddətinə dayandırdı. Bu qərar üzv
dövlətlər arasında razılıq əldə olunduqdan sonra qəbul edildi.
Vizasız gediş-gəliş haqqında saziş dayandırıldıqda, Komissiya
müvafiq üçüncü ölkə ilə ‘gücləndirilmiş dialoq’ prosesinə başlayır.
Bu prosesin məqsədi dayandırılmaya səbəb olan halların aradan
qaldırılmasıdır. Bu kontekstdə iyunun 11-də Avropa Komissiyası ilə
Gürcüstanın rəsmi nümayəndə heyəti arasında ilk görüş keçiriləcək.
Görüş məhz bu məsələyə həsr olunacaq”, – Avropa
Komissiyasının sözçüsü qeyd edib.
Onun sözlərinə görə, Komissiya hesab edir ki, Gürcüstan
hakimiyyətinin addımları vizasız rejimin əsaslandığı prinsipləri
sarsıdır.
“Xatırlatmaq istərdim ki, Komissiyanın mövqeyinə görə,
Gürcüstan hakimiyyətinin fəaliyyəti vizasız rejimin əsaslandığı
prinsiplərə, o cümlədən insan hüquqlarına və demokratik prinsiplərə
hörmətə zərbə vurur. Bu addımlar Avropa İttifaqının norma və
dəyərləri ilə uyğun gəlmir və Avropa İttifaqı ilə Gürcüstan
arasında iqtisadi, humanitar, mədəni, elmi və digər əlaqələrin
sabit inkişafına mane olur”, – Markus Lamert
bildirib.
Görüşdən sonra nələrin gözlənilə biləcəyi, hər hansı
qiymətləndirmənin, açıq hesabatın, sual-cavab imkanının, brifinqin
və ya başqa bir məlumatlandırma formatının olub-olmayacağı barədə
suala isə sözçü belə cavab verib:
“Xeyr. Bu, dayandırma prosesi və onun konteksti
çərçivəsində keçirilən texniki görüşdür. Görüşdən sonra mənə
yenidən müraciət edin, bəlkə o zaman sizə əlavə məlumat təqdim edə
bilərəm.”
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.