İranda enerji böhranı dərinləşir: Yayda genişmiqyaslı kəsintilər gözlənilir
İran rəsmisi xəbərdarlıq edib ki, ölkədə yanacaq çatışmazlığı yay aylarında elektrik stansiyalarında genişmiqyaslı elektrik kəsintilərinə səbəb ola bilər.

İran Elektrik Sənayesi Sindikatının katibi Mehdi Məsaili bildirib ki, kənd təsərrüfatı sektoru artıq bir aydan çoxdur ki, gündə beş saat elektrik enerjisiz qalır. Onun sözlərinə görə, müxtəlif sənaye sahələrində də həftədə bir gün elektrik kəsiləcək.

Məsaili iyunun

9-da deyib ki, hökumətin prioriteti əhalinin və sənaye sektorunun elektrik enerjisi ilə təmin edilməsidir. Onun sözlərinə görə, kənd təsərrüfatı sektorunda elektrik enerjisinin məhdudlaşdırılması şəbəkənin sabitliyinin qorunmasına kömək edib, nəzarət altında kəsintilər yaşayış evləri və müəssisələrdə daha irimiqyaslı kəsintilərin qarşısını almağa imkan verib.

Rəsmi məlumatlara əsasən, İranda elektrik enerjisi istehlakının təxminən 13-14 faizi kənd təsərrüfatı sektorunun, 40 faizi sənayenin, 35 faizi isə məişət sektorunun payına düşür.

Məsaili bildirib ki, elektrik stansiyaları yanacaq çatışmazlığı ilə üzləşib. O xəbərdarlıq edib ki, payız aylarınadək elektrik stansiyalarının qaz təchizatı problemi həll olunmasa, payız və qış mövsümündə ciddi elektrik qıtlığı yarana bilər.

Son vaxtlar hökumət rəsmiləri və enerji ekspertləri İranda qaz çatışmazlığının daha da dərinləşdiyini bildiriblər. Onların dediyinə görə, ölkədə qaz balansındakı kəsir təxminən 100 milyard kubmetrə çatıb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google