Şalva Papuaşvili Avropa İttifaqını Sovet İttifaqı ilə müqayisə
edərək bildirib ki, Gürcüstan “formal və bərabərsiz ittifaq üzvlüyü
təcrübəsini təkrarlamaq niyyətində deyil”.
Bu gün, iyunun 16-da Facebook-da paylaşdığı yazıda o, yenidən
Avropa İttifaqını və genişlənmə üzrə komissar Marta Kossu tənqid
edib. Papuaşvili iddia edib ki, “Avropa İttifaqında gələcək üzv
dövlətlərin hazırkı üzvlərlə eyni səsvermə hüququna malik
olmamasını
nəzərdə tutan ideya müzakirə olunur”.
Dünən, iyunun 15-də Avropa İttifaqının Xarici İşlər Şurasının
iclası başlamazdan əvvəl Marta Kos Ukrayna və Moldovanın Aİ-yə
üzvlüyü barədə danışarkən, yeni üzvlərin tam səsvermə hüququndan
məhrum edilməsini nəzərdə tutan qismən hüquqlu üzvlük
konsepsiyasını rədd edib.
O bildirib ki, Ukrayna və Moldovanın ittifaqa qoşulduqdan sonra tam
bərabər hüquqlara malik olmasını dəstəkləyir. Bu isə o deməkdir ki,
həmin ölkələr digər üzv dövlətlər kimi veto hüququnu və bərabər
səsvermə hüququnu saxlayacaqlar.
Marta Kos Politico nəşrinə müsahibəsində deyib ki, Avropa İttifaqı
həmçinin “güclü qoruyucu mexanizmlər” üzərində işləyir ki, gələcək
üzv dövlətlər islahatları əngəlləyə və ya veto hüququndan istifadə
edərək ittifaqın fəaliyyətinə mane ola bilməsinlər.
“Əgər yeni üzv dövlət qaydalara əməl edərsə, heç nə baş
verməyəcək. Əgər qaydalara əməl etməzsə, bu qoruyucu mexanizmlər
çox sərt şəkildə işə düşəcək – məhz belə bir sistem
qururuq”, – Marta Kos Politico-ya bildirib.
Papuaşvilinin şərhinə görə, bu yanaşma o deməkdir ki, üzvlük
mərhələsinə keçdikdən sonra Gürcüstanın və digər yeni üzv
dövlətlərin mövcud üzvlərlə eyni öhdəlikləri olacaq, lakin onlar
hüquq baxımından tam bərabər sayılmayacaqlar. Onun fikrincə, bu
halda Avropa İttifaqı Gürcüstan üçün həyati əhəmiyyət daşıyan
məsələlərlə bağlı qərarları Gürcüstanın iştirakı olmadan qəbul edə
bilər.
Papuaşvili vurğulayıb ki, “əgər bu ideya həyata keçirilərsə, bu
artıq Gürcüstanın dörd il əvvəl üzvlük üçün müraciət etdiyi ittifaq
olmayacaq və Gürcüstan Konstitusiyasının 78-ci maddəsində nəzərdə
tutulan məqsəd də belə bir ittifaqa qoşulmaq deyil”.
“Gürcüstanın artıq 70 illik formal və bərabərsiz
ittifaq üzvlüyü təcrübəsi var və biz bunun təkrarlanmasını
istəmirik. Əgər Aİ-nin postsovet üzv dövlətləri belə bir
dəyişikliyə razılıq versələr, belə çıxacaq ki, onların problemi
Sovet İttifaqının özü ilə deyil, həmin ittifaqda kimin dominant
mövqedə olması ilə bağlı imiş”, – parlament sədri
yazıb.
Dünən, iyunun 15-də Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük
danışıqlarının ilk klasterini açıb.
Gürcüstan Avropa İttifaqına üzvlük üçün rəsmi müraciətini 3 mart
2022-ci ildə təqdim edib, namizəd ölkə statusunu isə 2023-cü ilin
dekabrında alıb.
2024-cü il noyabrın 28-də İrakli Kobaxidze “Gürcü Arzusu” partiyası
adından Avropa İttifaqına üzvlük danışıqlarının dayandırıldığını
elan edib. Bu bəyanatdan sonra kütləvi etiraz aksiyaları başlayıb
və “Gürcü Arzusu” hakimiyyəti bu etirazlara zor tətbiq etməklə
cavab verib.
Gürcüstanda etiraz aksiyaları hazırda da daha kiçik miqyasda davam
edir.
“Gürcü Arzusu” partiyası demək olar ki, hər gün Avropa İttifaqını,
onun rəhbərlərini, həmçinin üzv dövlətlərin liderlərini və
Gürcüstandakı səfirlərini tənqid edir.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.