8 ay ərzində vəzifəli şəxslərə valideynləri tərəfindən 15 milyon lari dəyərində hədiyyələr verilib – TI

Səkkiz ay ərzində əmlak bəyannaməsi təqdim etməyə borclu olan 379 dövlət qulluqçusu ümumilikdə 24 milyon lari dəyərində hədiyyə alıb.


"Beynəlxalq Şəffaflıq – Gürcüstan" bu dövlət qulluqçularının bəyannamələrini araşdıraraq müəyyən edib ki, vəzifəli şəxslər hədiyyələri əsasən valideynlərindən və ya yaxın qohumlarından alırlar.

Hədiyyələrin mənbələri (dəyərinə görə):
• Valideynlər – 14 987 265 lari;
• Bacı/qardaş – 4 3

47 452 lari;
• Qohum – 2 438 063 lari;
• Övlad – 1 359 040 lari.

Hədiyyələrin növlərinə görə bölgüsü:
• 100 dövlət qulluqçusu ümumilikdə 151 daşınmaz əmlak alıb və onların ümumi dəyəri 12 milyon larini ötür;
• 233 nəfər pul vəsaiti alıb – ümumilikdə 11 milyon laridən çox;
• 28 nəfərə avtomobil hədiyyə edilib – ümumi dəyəri 876 694 lari;
• Dövlət qulluqçularına həmçinin zinət əşyaları, silah və digər əşyalar da hədiyyə olunub.

"Məhdudiyyətlər vəzifəli şəxslərin ailə üzvlərindən və ya yaxın qohumlarından aldıqları hədiyyələrə şamil edilmir. Bu istisna məntiqli olsa da, eyni zamanda belə bir risk mövcuddur ki, lazımi nəzarət olmadıqda, bu istisna qanundakı 'boşluğa' çevrilə bilər və vicdansız məmurlar bundan qanunla qadağan olunmuş gəlirlərin 'leqallaşdırılması' üçün istifadə edərlər. Yəni qanunsuz yolla əldə edilmiş gəlirlər ailə üzvündən və ya yaxın qohumdan alınmış hədiyyə kimi bəyannamədə göstərilə bilər", - "Beynəlxalq Şəffaflıq – Gürcüstan" bildirib.

Gürcüstan qanunvericiliyinə əsasən, ali siyasi vəzifə tutan şəxslər, eləcə də dövlət qulluğunda yüksək vəzifələrdə çalışan məmurlar hər il əmlak bəyannaməsi təqdim etməyə borcludurlar. Onlar bəyannamədə həm gəlir və xərclərini, həm də aldıqları hədiyyələri əks etdirməlidirlər.

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google