Paytaxt meri Kaxa Kaladze bildirib ki, Tbilisidə tramvay xəttinin
tikintisi üzrə keçirilən tenderdə Türkiyədə qeydiyyatdan keçmiş
şirkət qalib gəlib.
Birgə müəssisə EmreRay Enerji İnşaat Sanayi ve Ticaret Anonim
Şirketi 287 654 321 lari qarşılığında Didi Diğomidən "Didube" metro
stansiyasınadək tramvay xəttini çəkməlidir.
Qalib şirkət 7,5 kilometr uzunluğunda tramvay xəttinin çəkilməsini,
11 dayanacağın və depo kompleksinin
tikintisini həyata keçirməyə
borcludur. Müqavilədə tramvay vaqonlarının alınması nəzərdə
tutulmayıb.
Tbilisi Nəqliyyat Şirkətinin təxmini dəyərini 416,6 milyon lari
müəyyən etdiyi tenderdə dörd şirkət iştirak edib:
• DOGUS INSAAT VE TICARET A.S. – 412 628 931 lari;
• Wuhan Municipal Construction Group Co., Ltd. – 397 470 472
lari;
• YDA İNŞAAT SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ – 332 449 164
lari;
• EmreRay Enerji İnşaat Sanayi ve Ticaret Anonim Şirketi – 287 654
321 lari.
Türkiyə şirkətinin qalib elan edilməsi ilə bağlı sənəd hazırda (15
iyul, saat 11:55 vəziyyətinə) Dövlət Satınalmaları Agentliyinin
internet səhifəsində hələ də yerləşdirilməyib.
Tramvayın Tbilisiyə qaytarılması paytaxtın hazırkı meri Kaxa
Kaladzenin vədlərindən biridir. O, bu barədə yerli özünüidarəetmə
seçkilərinə təxminən 1,5 ay qalmış danışmışdı.
Tramvay layihəsindən əvvəl artıq üçüncü müddətdir Tbilisi meri olan
Kaxa Kaladze yerüstü metro layihəsindən də bəhs etmişdi. Həmin
layihə Samqori rayonunu Lilo yaşayış massivi və hava limanı ilə
birləşdirməli idi. Lakin 2018-ci ildə verilən bu vəd yerinə
yetirilməyib.
Bundan başqa, digər vədlər də icra olunmayıb:
• "Axmetelis Teatri" və "Marcanişvili" metro stansiyalarında ikinci
çıxışların tikilməsi – bu vəd də yerinə yetirilməyib;
• Bir neçə ildir ki, "Varketili" metro stansiyasında təmir-bərpa
işləri aparılır, lakin işlərin başa çatdırılma müddəti dəfələrlə
uzadılıb;
• Tbilisi meriyasına artıq 200 ədəd 18 metrlik avtobus təhvil
verilib. Lakin bu avtobusların marşrutlara buraxılması üçün nəzərdə
tutulan avtobus parkının tikintisi hələ başa çatdırılmayıb və onun
da istismara verilmə müddəti bir neçə dəfə təxirə salınıb.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.