6 ayda 281 qanunsuz balıq ovu faktı aşkar edilib - Ətraf Mühitə Nəzarət

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları,

2026-cı il yanvarın 1-dən iyunun 30-dək olan dövrdə, balıqovlama qaydalarının pozulması və qanunsuz balıq ovu ilə bağlı 281 fakt aşkar ediblər.

Qurumun məlumatına görə, aşkar olunmuş hüquq pozuntularından 131 fakt cinayət tərkibli əməlin əlamətlərini daşıyır. Materiallar növbəti tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanlarına göndərilib. Ümumilikdə, qanunsuz

yolla əldə edilmiş balığın miqdarı 268 kiloqramı ötüb.

Hüquq pozuntularının regionlar üzrə bölgüsü:

  • Qərb Regional İdarəsi — 66 fakt;
  • Mtsxeta-Mtianeti — 46 fakt;
  • Sameqrelo-Zemo Svaneti — 40 fakt;
  • Kaxeti — 37 fakt;
  • Qara Dənizin Mühafizəsi Konvensiya İdarəsi — 36 fakt;
  • Kvemo Kartli — 22 fakt;
  • Acarıstan və Quriya Regional İdarəsi — 18 fakt;
  • Şida Kartli — 5 fakt;
  • Samtsxe-Cavaxeti — 4 fakt.

Hüquq pozuntusu halları paytaxtda da qeydə alınıb — cari ilin 6 ayı ərzində departament əməkdaşları Tbilisi ərazisində 7 qanunsuz balıq ovu faktı müəyyən ediblər.

Departamentin izahatına görə, brakyonerlər ən çox tor və elektrik avadanlığı kimi qanunsuz ov vasitələrindən istifadə ediblər.

Qurumun bəyanatına əsasən, cari ilin ilk yarısında həyata keçirilən tədbirlər nəticəsində ümumi uzunluğu 3 500 metrdən çox olan tor və 65-ə yaxın balıq tələsi götürülüb.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.




 

Print ელ. ფოსტა
FaceBook Twitter Google