Zelenski Ukraynanın müdafiə naziri postuna namizədini açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri vəzifəsini müvəqqəti icra edən Yevgeni Xmaraya müdafiə naziri vəzifəsini icra etməyi tapşırıb.

Mİxail Fedorovun bir gün öncə bu vəzifədən çıxarılması ölkədə etirazlara səbəb olub.

"Hüquqi prosedurlar tamamlandıqdan sonra Yevgeni Xmaranın Ukraynanın müdafiə naziri vəzifəsinə təsdiqlənməsi üçün parlamentə müraciət edəcəyəm", – Zelenski sosial şəbəkələrdə yazıb.

Prezident Xmaranın texnoloji

zərbə əməliyyatlarının keçirilməsində böyük təcrübəsi olduğunu vurğulayıb.

“Cəmiyyətin dediklərini eşidirəm”
Zelenski iyulun 16-da Kiyevdə Böyük Britaniyanın vəzifəsindən getmək üzrə olan baş naziri Kir Starmerlə brifinqdə ilk dəfə müdafiə nazirinin dəyişdirilməsi qərarından danışıb.

Bundan əvvəl "Ukrainska Pravda" nəşri mənbələrə istinadla xəbər vermişdi ki, Zelenski iyulun 15-i axşam "Xalqın Xidmətçisi" fraksiyasının deputatları ilə görüşdə Fedorovun Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ilə sistemli münaqişəsi olduğunu bildirib.

UNIAN agentliyi yazır ki, Zelenskinin Starmerlə brifinqdə dediklərindən müdafiə nazirinin dəyişdirilməsinin səbəblərindən birinin ordu rəhbərliyi ilə Müdafiə Nazirliyi arasında qarşıdurma olduğu görünür. Agentlik Zelenskinin "müxtəlif səviyyələrdə mürəkkəb dialoq" barədə sözlərini sitat gətirir.

"Əminəm ki, Mixail komandamda qalacaq və bunun necə olacağını bir qədər sonra müzakirə edəcəyik", – Zelenski deyib.

Ukrayna prezidenti iyulun 16-da səhərdən Fedorovun istefasına etiraz aksiyalarına da münasibət bildirib.

"İnsanlar küçəyə çıxmaq istədilər və bu, düzgündür. Cəmiyyətin dediklərini başa düşürəm, eşidirəm və buna reaksiya verirəm", – Zelenski bildirib.

O əlavə edib ki, daxili işlər naziri İqor Klimenko müdafiə naziri postuna nəzərdən keçirilən namizədlərdən biridir, lakin yekun qərar hələ verilməyib.

Fedorov və Sırskinin şərhləri
Mixail Fedorov iyulun 16-da keçirdiyi mətbuat konfransında baş komandan Aleksandr Sırskini sərt tənqid edib.

"Təklif etdiyimiz təşəbbüslərin qarşısının alındığını gördük. Bu gün danışdığımız problemləri nəzərə alsaq, Sırski şəxsən üz-üzə müzakirəyə hazır deyil. O, şəxsi görüşlər keçirib intriqalar qurmağa, hansısa media kampaniyasını kiminsə sifariş etdiyini düşünməyə hazırdır. Nəticədə faktiki ultimatum irəli sürdü. Rusiyanı qeyri-ənənəvi üsullarla necə məğlub etməyi düşünmək əvəzinə, ölkəni necə parçalamağı düşündü. Əsas problem də budur", – AzadlıqRadiosunun Ukrayna xidməti Fedorovdan sitat gətirib.

Fedorov bildirib ki, o, Sırskinin və Baş Qərargah rəisi Andrey Qnatovun dəyişdirilməsini təklif edib.

Sırski də duruma münasibət bildirib. O, Telegram kanalında Fedorova müdafiə naziri kimi fəaliyyətinə görə təşəkkür edib.

"Ona Ukrayna komandasının üzvü olaraq qalmağı arzulayıram. Birlikdə qələbəyə doğru!" – Sırski yazıb.

O, eyni paylaşımda 2022-ci ildə Kiyevin müdafiə əməliyyatı ilə fəxr etdiyini bildirib. Baş komandan qeyd edib ki, həmin əməliyyat sayəsində paytaxtı qorumaq mümkün olub. Sırski "müharibəyə və effektiv strategiyaya fokuslanmaq" gərəkdiyini vurğulayıb.

Mixail Fedorov informasiya texnologiyaları sahəsində sahibkar kimi tanınıb. O, Zelenskinin seçki qərargahında rəqəmsal istiqamətə rəhbərlik edib, rəqəmsal transformasiya və innovasiyalara cavabdeh baş nazir müavini olub. 2026-cı ilin yanvarında müdafiə naziri təyin edilib.

35 yaşlı Fedorov Ukrayna ordusunun texnoloji modernləşdirilməsi, pilotsuz sistemlərin inkişafının əsas tərəfdarlarından sayılır.

Hazırda Ukraynada yeni hökumətin formalaşdırılması prosesi gedir. Zelenski iyulun 12-də baş nazir Yuliya Sviridenkonun və onun rəhbərlik etdiyi Nazirlər Kabinetinin istefasını elan edib. İyulun 16-da Ukrayna parlamenti Sergey Koretskini yeni baş nazir təyin edib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google