Rustavi Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tamamilə
əsaslı hesab edərək ağırlaşdırıcı hallarda qəsdən
adam öldürməkdə təqsirləndirilən şəxs barəsində yekdilliklə
təqsirlilik hökmü çıxarıb.
Məhkəmə üzvləri sübuta yetirilmiş hesab ediblər ki, 2026-cı il
yanvarın 27-də Dmanisi bələdiyyəsinin Yuxarı Qarabulaq kəndində
təqsirləndirilən şəxs aralarında yaranan mübahisə zamanı qadın və
kişi bərabərliyinə dözümsüzlük zəminində həyat yoldaşına bıçaqla
ağır xəsarətlər yetirib və
qadın aldığı xəsarətlərdən dünyasını
dəyişib. Cinayəti törətdikdən sonra ər özü polisə təslim olub.
Həmin şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 1-ci prima
109-cu maddəsinin "t" və "k" bəndləri (ailə üzvünə qarşı, qadın və
kişi bərabərliyinə dözümsüzlük zəminində ağırlaşdırıcı hallarda
qəsdən adam öldürmə) ilə ittiham irəli sürülmüşdü.
Məhkəmə üzvlərinin yekdilliklə qəbul etdiyi təqsirlilik verdikti
əsasında məhkəmə təqsirləndirilən şəxsi 18 il müddətinə azadlıqdan
məhrum edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415