İspaniya futbolda dünya çempionu oldu
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatının qalibi bəlli olub.

Final oyununda İspaniya və Argentina yığmaları üz-üzə gəliblər.

Nyu-York/Nyu-Cersi stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Matçın əsas hissəsində hesab açılmayıb.

Amma əsas vaxtın son dəqiqələrində Argentina yığması 1 nəfər azlıqda qalıb. Enzo Fernandez 90+3-cü dəqiqədə gördüyü 2-ci

sarı kartdan sonra qırmızı vərəqə ilə cəzalanaraq oyunu tərk edib.

Əlavə vaxtın ilk hissəsi də qolsuz bərabərliklə başa çatıb.

Lakin uzatmaların ikinci yarısı başlar-başlamaz İspaniya yığması hesabı açıb. 106-cı dəqiqədə Ferran Torres fərqlənib: 1:0.

Oyun bu hesabla başa çatıb və İspaniya yığması tarixində ikinci dəfə dünya çempionatının qalibi olub.

19.07.2026
İngiltərə futbolda dünya üçüncüsü olub


Bu gün, iyulun 19-da 2026-cı il futbol üzrə dünya çempionatında üçüncü yerin sahibi bəlli olub.

Fransa və İngiltərə yığmaları bürünc medal üçün üz-üzə gəliblər.

Qarşılaşma Bakı vaxtı ilə saat 01:00-da start götürüb.

Oyun qolla başlayıb. 3-cü dəqiqədə Deklan Rays İngiltərə yığmasını hesabda önə keçirib: 1:0.

18-ci dəqiqədə ingilislər hesabı 2:0 ediblər. Ezri Konsa başla fərqlənib.

37-ci dəqiqədə Bukayo Saka İngiltərənin 3-cü qolunu vurub. O, 46-cı dəqiqədə özünün ikinci, komandasının 4-cü qolunu vurub. İlk hissə 4:0 hesabıyla başa çatıb.

İkinci hissənin əvvəlində Fransa fərqi azaldıb. 48-ci dəqiqədə Kilian Mbappe fərqlənib: 1:4

54-cü dəqiqədə Barkola hesab arasındakı fərqi 2 topa endirib: 2:4.

Mbappe 66-cı dəqiqədə fərqi minimuma endirib: 3:4.

Amma 87-ci dəqiqədə Bukayo Saka het-trikini rəsmiləşdirib: 5:3.

90+6-cı dəqiqədə matçda 9-cu top qapıdan keçib. Osman Dembele Fransanın 4-cü qolunu vurub.

Amma fransızların bundan artığına təşəbbüsləri səmərə verməyib. Əksinə uzatma dəqiqələrinin sonunda İngiltərə matçda son nöqtəni qoyub. Cud Bellinqem hesabı 6:4 edib.

Bu qələbədən sonra İngiltərə Dünya çempionatının bürünc medallarının sahibi olub.

16.07.2026
Argentina İspaniyadan sonra ikinci finalçı oldu

2026-cı il dünya çempionatında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

Finalın ikinci iştirakçısı İngiltərə və Argentina yığmaları arasındakı matçdan sonra müəyyənləşib.

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Matçın ilk hissəsində hesab açılmayıb: 0:0.

İkinci hissədə İngiltərə hesabı açıb. 55-ci dəqiqədə Antoni Qordon fərqlənib: 1:0.

85-ci dəqiqədə hesab bərabərləşib. Argentinanın heyətində Enzo Fernandez bərabərlik qolunu vurub: 1:1.

Oyunun 92-ci dəqiqəsində Argentina yığması geridönüş edərək hesabda önə keçib. 90+2-ci dəqiqədə Lautaro Martinez fərqlənib: 2:1.

Matç bu hesabla başa çatıb və Argentina finala yüksəlib.

Argentina finalda İspaniya yığması ilə üz-üzə gələcək.

İngiltərə isə Fransa ilə üçüncü yer uğrunda matçda qüvvəsini sınayacaq.


15.07.2026
İlk finalçı bəlli oldu: İspaniya
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında ilk finalçı bəlli olub.

Yarımfinalda Fransa yığmasını 2:0 hesabı ilə məğlub edən İspaniya yığması həlledici görüşə vəsiqə qazanıb.

Hesabı 22-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Mikel Oyarsabal açıb. Digər qolu isə 58-ci dəqiqədə Pedro Porro vurub.

İspaniyanın finaldakı rəqibi Argentina - İngiltərə oyununun qalibi olacaq. Qarşılaşma bu gün saat 23:00-da başlayacaq.

Dünya çempionatına iyulun 19-da yekun vurulacaq. İyulun 19-da final, ondan bir gün əvvəl isə üçüncülük oyunu keçiriləcək.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi bu futbol üzrə dünya çempionatı iyunun 11-də start götürmüşdü. Mübarizəyə 48 yığma qoşulmuşdu.

Bundan əvvəlki futbol üzrə Dünya Kuboku 20 noyabr - 18 dekabr 2022-ci il tarixləri arasında Qətərdə baş tutmuşdu. Onda finalda Argentina yığması Fransa yığmasını məğlub etmişdi.

Bütün dünyanın diqqət mərkəzində olan bu futbol yarışı artıq 23-cü dəfədir keçirilir.

Buna qədər Braziliya 5, Almaniya 4, İtaliya 4, Argentina 3, Uruqvay 2, Fransa 2, İspaniya və İngiltərə də hərəsi bir dəfə çempion adına yiyələnib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print ელ. ფოსტა
FaceBook Twitter Google