İyulun 19-da İranın İsfahan şəhərində bu ilin əvvəlində keçirilmiş
antihökumət etirazları ilə əlaqələndirilən iki nəfər edam edilib.
Xəbəri İranın məhkəmə hakimiyyətinə bağlı "Mizan" agentliyi
yayıb.
Edam edilənlərin Ərfan İsfəndiyari və Gül-Məhəmməd Məhəmmədi olduğu
bildirilib. Onlar ötən həftə İran Ali Məhkəməsinin ölüm hökmünü
qüvvədə saxladığı 12 etirazçı sırasında idi. Onlardan bir neçəsi
yeniyetmədir.
"Amnesty International" insan haqları
təşkilatı bundan əvvəl
bildirib ki, fevralın 28-dən İranda siyasi motivli 44 edam hökmü
icra olunub. Tehran ABŞ və İsrailin hava zərbələrindən sonrakı
dövrü "müharibə şəraiti" adlandırır.
İyulun 19-da edam olunanların yaşı, nə vaxt saxlanıldıqları
açıqlanmayıb. Məhəmmədinin Əfqanıstan vətəndaşı olduğu
bildirilir.
İttihamnaməyə görə, onlar qətl səhnəsini videoya çəkərək
görüntüləri xaricdə fəaliyyət göstərən televiziya kanallarına
ötürüblər.
İranda kütləvi etirazlar 2025-ci il dekabrın sonunda yaşam
xərclərinin bahalaşmasına etiraz olaraq başlayıb. Aksiyalar qısa
müddətdə hökumət əleyhinə genişmiqyaslı nümayişlərə çevrilib.
Yanvarın 8-9-da pik həddə çatan etirazları təhlükəsizlik qüvvələri
amansızlıqla yatırıb.
İran hakimiyyəti iddia edib ki, 3 mindən çox etirazçının ölümü ABŞ
və İsrailin təşkilatçılığı ilə törədilən "terror aktları"
nəticəsində baş verib. Xaricdə fəaliyyət göstərən təşkilatlar isə
təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açdığını
bildiriblər.
O zaman ABŞ prezidenti Donald Tramp İranı hərbi müdaxilə ilə
hədələyirdi. ABŞ və İsrail fevralın 28-dən İrana hava zərbələri
endirməyə başlayıb. Yaxın Şərqdəki bu münaqişə hələ də davam
edir.
"Amnesty International" bildirir ki, İran edamların sayına görə
Çindən sonra dünyada ikinci yer qərarlaşıb. "Iran Human Rights" və
digər təşkilatların məlumatına görə, 2025-ci ildə İranda azı 1639
nəfər edam edilib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.