Kir Starmer rəsmən istefa verdi. Onu Endi Börnem əvəzlədi
Böyük Britaniyanın baş naziri Kir Starmer rəsmən istefa verib. Kral III Çarlz onun istefasını qəbul edib. Starmer kralla görüşdən əvvəl Dauninq-stritdəki iqamətgahının qarşısında sonuncu dəfə mətbuat qarşısına çıxıb.

"Mənim missiyam başa çatdı. Altı il yarım ərzində partiyamızı 2019-cu ilin tarixi məğlubiyyətindən xilas etdim. Onu ölkə maraqlarına cavab verəcək şəkildə yenidən formalaşdırdım və 2024-cü il ümumi seçkilərində

inamlı qələbəyə daşıdım",
– deyə Starmer bəyan edib. Onun sözlərinə görə, hakimiyyətdə olduğu müddətdə Britaniya iqtisadiyyatı güclənib, immiqrasiya əhəmiyyətli dərəcədə azalıb, ölkənin müdafiə və təhlükəsizliyi isə daha möhkəm təməllər üzərində qərarlaşıb.

Starmer 2024-cü ilin iyulundan hökumətə rəhbərlik edirdi. Leyboristlər Partiyasının qələbəsi mühafizəkarların 14 illik hakimiyyətinə son qoymuşdu. Növbəti seçkilərdə partiyaya liderlik edib-etməməsi barədə daxili müzakirələrdən sonra eks-baş nazir hələ iyunun 22-də vəzifəsindən getmək niyyətini açıqlamışdı.

İyulun 17-də Leyboristlər Partiyasına yeni lider seçilib. Bu, Böyük Mançesterin sabiq meri və İcmalar Palatasının deputatı, 56 yaşlı Endi Börnemdir. O, iyulun 20-də baş nazir postunda Starmeri əvəz edib.

Börnem ilk rəsmi çıxışında əhalinin əksəriyyətinin həyat şəraitini yaxşılaşdırmağa yönəlmiş islahatlar aparacağını vəd edib. Onun hökumət başçısı kimi imzaladığı ilk sərəncam məhz evsizliklə mübarizəyə aid olub. Yeni baş nazir Londonun Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb və yaxın vaxtlarda Volodimir Zelenski ilə telefon danışığı aparacağını bildirib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print ელ. ფოსტა
FaceBook Twitter Google