Rusiya daha sürətli, reaktiv mühərrikli "Şahed" kamikadze
dronlarının sayını artırır.
Müdafiə şirkətləri isə onlara qarşı yeni nəsil, daha sürətli
tutucu-dronlar hazırlayır.
Ukraynanın iri dron istehsalçısı "SkyFall" iyulun 20-də Böyük
Britaniyada keçirilən və dünyanın ən böyük aviasiya sərgilərindən
biri sayılan Farnboro Aviasiya Sərgisində yeni yüksəksürətli tutucu
modelini nümayiş etdirib.
"Reuters" yazır ki, "P1-SUN Jetkiller" dronu şirkətin ötən
ilin
sonundan Ukraynada tətbiq olunan bənzər aparatının daha sürətli
versiyasıdır.
Avropanın MBDA raket istehsalçısı çoxlu sayda ucuz döyüş sursatı
ilə reallaşan hücumları dəf etmək üçün yeni tutucu-dron
sərgiləyib.
"Lockheed Martin" isə iyulun 20-də "Patriot" hava hücumundan
müdafiə sistemi üçün daha ucuz tutucu-raket buraxacağını
açıqlayıb.
Ucuz və uzaqmənzilli "Şahed" kamikadze dronlarını İran hazırlayır.
Bu aparatlar Ukrayna üçün ən böyük təhlükələrdən birinə çevrilib.
Moskva "Şahed"lərin konstruksiyasını dəyişdirərək "Qeran" adlı
versiyasını ərsəyə gətirib, onlara yeni xüsusiyyətlər, o cümlədən
reaktiv mühərriklər əlavə edib. Bu isə aparatların Kiyev daxil
Ukraynanın dərinliklərinə daha asan nüfuz etməsinə imkan verir.
Mühərrik seçimi
Reaktiv mühərrikli "Şahed"lər saatda 500 kilometrə qədər sürətlə
uça bilir. Bu isə Ukraynanın onları aşkarlaması və əks-tədbirlər
görməsi üçün vaxtı azaldır. Hazırda tətbiq olunan əksər tutucular
belə sürəti üstələyə bilmir.
"SkyFall" bildirir ki, onun yeni yüksəksürətli dronu saatda 370
kilometr sürət yığa bilir. Mövcud modelin maksimal sürəti isə 310
kilometrdir. Şirkət avqustda kütləvi istehsala başlamağı
planlaşdırır.
"Reuters" mütəxəssislərə istinadla yazır ki, Rusiya son aylarda
reaktiv mühərrikli "Şahed"lərdən istifadəni xeyli artırıb. Ukrayna
Hərbi Hava Qüvvələrinin yüksəkrütbəli komandirlərindən Yuri
Çerevaşenko apreldə deyirdi ki, Rusiyanın buraxdığı aparatların
təxminən 15-20 faizi artıq adi pərli deyil, reaktiv mühərriklə
təchiz olunur.
Hazırda tutucu dronlar üçün əsas həllini gözləyən məsələlərdən biri
mühərrik seçimidir.
Ukraynanın "General Cherry" dron istehsalçısı hazırda həm elektrik,
həm də kiçik turbo-reaktiv mühərrik variantlarını sınaqdan
keçirdiyini bildirir. Burada əsas problem maya dəyərini aşağı
saxlamaqdır. Müəssisə yeni modelin qiymətini mövcud "Bullet"
tutucusuna yaxın saxlamağa çalışır. Hazırkı "Bullet"in qiyməti 2
min dollar və ya ondan aşağıdır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.