Sərxoş sürücü avtomobili işə sala bilməyəcək — Hökumət nəqliyyat vasitələrində "alkoqol bloklama qurğuları"nın tətbiqi üzərində işləyir
Gürcüstan hökuməti avtomobillərdə "alkoqol bloklama qurğuları"nın (Alcohol Interlocks) tətbiqi imkanlarını nəzərdən keçirir. Bu təşəbbüs Gürcüstanın 2026–2030-cu illər üzrə Milli Yol Təhlükəsizliyi Strategiyasında əksini tapıb.

Sənəddə qeyd olunur ki, Alcohol Interlock sistemi orqanizmində alkoqolun miqdarı qanunla müəyyən edilmiş həddi keçən sürücüyə mühərriki işə salmağa imkan vermir. Beləliklə, qurğunun əsas məqsədi sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsinin qarşısını almaqdır.

Strategiyaya əsasən, bu texnologiyanın tətbiqi ilə bağlı işlər davam etdiriləcək və onun Gürcüstan bazarına daxil olan avtomobillər üçün müəyyən ediləcək standartlara daxil edilməsi planlaşdırılır.

Ağır statistik göstəricilər

Sənədə

əsasən, sərxoşluq Gürcüstanda yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri olaraq qalır. Rəsmi məlumatlara görə, 2025-ci ildə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması halları 2019-cu illə müqayisədə 12,9% azalıb.

Buna baxmayaraq, Yol Təhlükəsizliyi Fəaliyyət Planında qeyd olunur ki, 2025-ci ilin birinci rübündə 109 yol-nəqliyyat hadisəsinin ehtimal olunan səbəbi məhz sərxoşluq olub. Bu hadisələr nəticəsində 15 nəfər həyatını itirib, 129 nəfər isə yaralanıb.

Narkotik sərxoşluğuna qarşı mübarizə və komplekt tədbirlər

Strategiya sərxoş vəziyyətdə sükan arxasına əyləşməyə qarşı digər addımları da nəzərdə tutur:

Ölkə miqyasında narkotik vasitələrin təyini üçün xüsusi texniki vasitələrin mərhələli tətbiqi;

Narkotik sərxoşluğunda olan sürüclərin daha effektiv aşkar edilməsi üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına təlimlərin keçirilməsi.

Strategiyada vurğulanır ki, bu problemlə mübarizədə aydın tənzimləmələri, hüquqpozmaların aşkarlanmasını və icranı birləşdirən çoxyönlü yanaşma daha effektivdir.

2030-cu ilə qədər hədəflər və büdcə

Hökumət tərəfindən yeni təsdiqlənmiş 2026–2030-cu illər üzrə Milli Yol Təhlükəsizliyi Strategiyası və 2026–2027-ci illər üzrə Fəaliyyət Planı yollardakı vəziyyəti yaxşılaşdırmağı və beynəlxalq standartları tətbiq etməyi hədəfləyir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google