Gürcüstanda yeni sürücülər üçün sınaq müddəti tətbiq olunacaq
Gürcüstanda yeni (təcrübəsiz) sürücülər üçün sınaq müddəti tətbiq ediləcək. Bu barədə 2026–2030-cu illər üzrə Milli Yol Təhlükəsizliyi Strategiyasında və 2026–2027-ci illər üzrə Fəaliyyət Planında qeyd olunub.

Xatırladaq ki, sözügedən planı hökumət bir neçə gün əvvəl təsdiqləyib. Hökumətin qiymətləndirməsinə görə, strategiya yollardakı mövcud vəziyyəti yaxşılaşdırmağı və beynəlxalq standartları tətbiq etməyi hədəfləyir. Bununla yanaşı, sənəddə qeyd olunduğu kimi, plan 2030-cu

ilə qədər yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların və yaralananların sayını 25% azaltmağı nəzərdə tutur.

Hökumət tərəfindən təsdiqlənmiş sənədə əsasən, Gürcüstanda yeni sürücülər üçün xüsusi sınaq müddətinin tətbiqi planlaşdırılır.

Milli Yol Təhlükəsizliyi Strategiyası sənədində qeyd edildiyi kimi, bu sınaq müddəti ərzində yeni sürücülər üçün daha sərt təsir mexanizmləri qüvvədə olacaq ki, bu da onların davranışlarının korreksiyasına kömək edəcək.

"Gürcüstanda yeni sürücülərin yol təhlükəsizliyi baxımından yüksək risk qrupuna daxil olduğunu nəzərə alaraq, onlar üçün xüsusi sınaq dövrünün tətbiqi planlaşdırılır.

Həmin dövr çərçivəsində yeni sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına qarşı fərqli və daha sərt hüquqi təsir mexanizmlərinin, o cümlədən maliyyə sanksiyalarının ağırlaşdırılması və sürücülük hüququ ballarının daha çox miqdarda çıxılması vasitəsilə tətbiqi nəzərdə tutulur.

Bu cür yanaşma yeni başlayan sürücülərin davranışlarının korreksiyasına, yüksək məsuliyyət standartının formalaşmasına və yekun nəticədə onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına kömək edəcək.

Strategiyanın əsas prioritetlərindən biri yeni sürücülər tərəfindən yaranan risklərin azaldılmasıdır. Beləliklə, qanunvericilik dəyişikliyi layihəsi hazırlanana qədər fəaliyyət planına müvafiq araşdırmanın aparılması fəaliyyəti əlavə olunacaq"
, — deyə sənəddə bildirilir.

Sənədə əsasən, Gürcüstanın 2026–2030-cu illər üzrə Milli Yol Təhlükəsizliyi Strategiyasının icrasının aralıq və yekun qiymətləndirilməsi Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin koordinasiyası ilə həyata keçiriləcək və nazirlik zəruri məlumatların toplanmasını və təhlilini təmin edəcək.

Qiymətləndirmənin aralıq hesabatı 2029-cu ildə (təqvim ilinin iyun ayından gec olmayaraq), yekun hesabatı isə 2031-ci ildə (təqvim ilinin iyun ayından gec olmayaraq) hazırlanacaq.

Milli Yol Təhlükəsizliyi Strategiyasının 2026–2027-ci illər üzrə Fəaliyyət Planının icrasının təxmini dəyəri 98 923 578 lari təşkil edir.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google