Oktyabrın 8-də axşam saatlarında "Ukrainska pravda" nəşrinin
jurnalist araşdırmaları şöbəsinin rəhbəri Mixaylo Tkaç Vyanada
saxlanılıb.
Bu barədə nəşr məlumat yayıb. Operator Yaroslav Bondarenko da
onunla birlikdə saxlanılıb.
Jurnalistlər Avstriya paytaxtında Ukraynadan qaçmış keçmiş baş
prokuror Ruslan Kravçenkonun axtarışı ilə bağlı redaksiya
tapşırığını yerinə yetirirmişlər.
Redaksiya saxlanılmanı "qanunsuz" adlandırıb, jurnalistlərin
azadlığa buraxılmasını tələb edib və Avstriyanın hüquq-mühafizə
orqanlarının hərəkətlərinə rəsmi izahat istəyib.
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Tkaçın saxlanılması barədə
məlumat aldığını bildirib. Nazirliyin təmsilçisi Georgi Tixiy nəşrə
müsahibəsində ölkənin Avstriyadakı səfirliyinin saxlanılmanın səbəb
və şəraitini aydınlaşdırmaq üçün artıq Avstriya tərəfinə
rəsmi
sorğu göndərdiyini deyib.
Tixiy oktyabrın 9-da səhər saatlarında Tkaçın azadlığa
buraxıldığını açıqlayıb.
"Ukrainska pravda"nın baş redaktoru Sevgil Musayeva jurnalistin
buraxıldığını təsdiqləsə də, hələlik onunla əlaqə saxlaya
bilmədiklərini bildirib. Musayevanın sözlərinə görə, Bondarenko
saxlanılarkən xəsarət alıb və bir müddət xəstəxanada qalmalı olub.
Baş redaktor deyir ki, 12 saat saxlanılan jurnalistlərə qarşı
redaksiyanın indiyədək qarşılaşmadığı çox ciddi ittihamlar irəli
sürülüb. O, bu ittihamların mahiyyətini və hazırda qüvvədə
olub-olmadığını açıqlamayıb.
Ukraynanın keçmiş baş prokurorunun sentyabrda, hələ vəzifədə
olarkən ezamiyyət adı ilə ölkəni tərk etdiyi və bir daha geri
qayıtmadığı bildirilir. Bundan əvvəl Ukraynada Baş Prokurorluğunun
departament rəhbərinin müavini Sergiy Kropiva vətəndaşlardan pul
qoparan dələduz zəng mərkəzlərinin fəaliyyətində iştirak ittihamı
ilə həbs edilib. Kravçenkoya qarşı rəsmi ittiham irəli sürülməsə
də, o, zəng mərkəzlərinin fəaliyyətində iştirakını qətiyyətlə
təkzib edib.
Kravçenko sentyabrın 7-də Ukraynanın baş prokuroru vəzifəsindən
istefa ərizəsi verib. Sentyabrın 14-də isə o, Milli Antikorrupsiya
Bürosunun (NABU) və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun
(SAP) rəhbərliyini qanun pozuntularında ittiham edib. Bundan dərhal
sonra baş prokurorun ölkəni tərk etdiyi bəlli olub. Elə həmin vaxt
Ali Rada onu rəsmən vəzifəsindən azad edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.