DİN müsabiqə yolu ilə 365 ictimai asayiş polisi seçib
DİN
müsabiqə yolu ilə 365 ictimai asayiş polisi seçib.
İctimai asayiş polislərini müəssisənin rəhbəri
Giorgi Qaxariya təqdim edib.
“Bu gün hər birimiz üçün çox əhəmiyyətli gündür.
Xatırladım ki, DİN-də artıq bir ildir ki, sistematik yeniləmə
reforması gedir və siz bu reformanın həyata keçirilməsində ilk real
praktiki addımsınız. Sizin funksiyanız olduqca vacibdir – hər bir
vətəndaşın qayğısına qalmaq. Xatırladım ki, DİN-in sistematik
yenilənmə reformasının ən vacib komponenti isə onun məntəqə,
istintaq və operativ istiqamətdə xüsusiləşdirilməsidir. Sizin ilk
addımınız polis və vətəndaşlar arasında etibar körpüsünü bərpa
etməkdir. Sizin ən böyük məqsədiniz – bizim vətəndaşların qayğısına
qalmaq, ən böyük missiyanız isə - prevensiyadır ki, cinayətləri
aradan qaldıraq” - bildirib Qaxariya.
Onun sözlərinə görə, məhs bu layiqli funksiya olduqca səmərəli
şəkildə yeirnə yetirilməlidir və bizim ölkədə sakit və təhlükəsiz
mühit bundan asılı olacaq.