DİN Tetricğaroda soyğunçuluğa hazırlanma faktını aşkar edib
13:56 / 04.12.2018
DİN-in Tbilisi Polis Departamentinin əməkdaşları aparılan əməliyyat
nətcəsində qrup şəklində soyğunçuluğa hazırlıq ittihamı ilə
keçmişdə ağır cinayətlər üçün mühakimə olunmuş 5 nəfəri saxlayıb:
1980-ci il təvəllüdlü V.K, 1984-cü il təvəllüdlü Z.Q., 1989-cu il
təvəllüdlü Q.Q., 1982-ci il təvəllüdlü D.M. və 1993-cü il
təvəllüdlü Q.A. Cinayət 8-dən 12 ilə qədər azadlıqdan məhrum
edilməni nəzərdə tutur.
İstintaq müəyyən edib ki, ittiham olunanlar Tetricğaro rayonnunun
Navtiani kəndin sakininin evinə soyğunçuluq planlaşdırırlarmış.
Hüquq mühafizəçiləri beş nəfəri də hücumu həyata keçirmək üçün
Tetricğaro rayonunda Koda-Tsalka-Ninotsminda avtomobil yolunda həbs
ediblər.
Polis qeyd olunan avtomobildən hücum üçün əvvəlcədən hazırlanmış
əşyaları çıxarıb: yapışqanlı lent, plastmas xamutlar, 4 bıçaq, 3
maska, qara rəngli papaq, əlcəklər.
İstintaq qrup şəklində mənzilə qanunsuz girmək üçün soyğunçuluğun
planlaşdıılması maddəsi ilə başlayıb. CM-nin 1-179-cu maddəsinin
2-ci hissəsi və 3-cü hissəsinin "b" altbəndi ilə istintaq
aparılır.