DİN Tetricğaroda soyğunçuluğa hazırlanma faktını aşkar edib
DİN-in Tbilisi Polis Departamentinin əməkdaşları aparılan əməliyyat nətcəsində qrup şəklində soyğunçuluğa hazırlıq ittihamı ilə keçmişdə ağır cinayətlər üçün mühakimə olunmuş 5 nəfəri saxlayıb: 1980-ci il təvəllüdlü V.K, 1984-cü il təvəllüdlü Z.Q., 1989-cu il təvəllüdlü Q.Q., 1982-ci il təvəllüdlü D.M. və 1993-cü il təvəllüdlü Q.A. Cinayət 8-dən 12 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

İstintaq müəyyən edib ki, ittiham olunanlar Tetricğaro rayonnunun Navtiani kəndin sakininin evinə soyğunçuluq planlaşdırırlarmış.

Hüquq mühafizəçiləri beş nəfəri də hücumu həyata keçirmək üçün Tetricğaro rayonunda Koda-Tsalka-Ninotsminda avtomobil yolunda həbs ediblər.

Polis qeyd olunan avtomobildən hücum üçün əvvəlcədən hazırlanmış əşyaları çıxarıb: yapışqanlı lent, plastmas xamutlar, 4 bıçaq, 3 maska, qara rəngli papaq, əlcəklər.

İstintaq qrup şəklində mənzilə qanunsuz girmək üçün soyğunçuluğun planlaşdıılması maddəsi ilə başlayıb. CM-nin 1-179-cu maddəsinin 2-ci hissəsi və 3-cü hissəsinin "b" altbəndi ilə istintaq aparılır.


Print