Müəyyən vaxtlarda hər birimiz pis
əhval-ruhiyyədə oluruq. Bu, bəzən səbəbli olsa da, səbəbsiz baş
verməsi də geniş yayılıb.
Buna qalib gəlməyin və özünü xoşbəxt hiss etməyin ən effektiv
yollarını təqdim edirik:
1. Yemək və idman
Hər iki halda beyin eyni hormonu ifraz etdiyinə görə sıranın
birinci yerindədirlər. Xüsusən də, şokolad əhvalınızın yüksəlməsinə
və özünüzü daha xoşbəxt hiss etməyə səbəb olacaq. Ən adi gəzinti də
əhvalınızı dəyişə bilər. Günəşli günlərdə küçəyə çıxmağa tənbəllik
etməyin.
2. Yaradıcılıqla məşğul olmaq
Rəsm çəkmək, musiqi ilə məşğul olmaq, yazmaq - hər biri kömək edə
bilər. Bunları mükəmməl etmək vacib deyil, bacarmasanız da,
öyrənməyə cəhd edin.
3. Gülümsəyin
Özünü çox pis hiss edirsinizsə, gülümsəyin. Yaxşı əhval-ruhiyyə ilə
gülüş arasında xüsusi əlaqə var. Üzün mimikası əhvalınızı dəyişməyə
təsir edə bilir.
4.Yaxşı bir əməl edin
Başqası üçün yaxşı nəsə etsəniz, özünüzü də yaxşı hiss edəcəksiniz.
Hətta ən kiçik yaxşı əməliniz də əhvalınızı yüksəldəcək.
5. Musiqi dinləyin
Musiqi - sirli qüvvədir. Sevimli musiqinizi dinləyin.
6. Mənfi emosiyanı başqalarına hiss etdirməyin
İnsanlar eqoistdir və ilk növbədə, özləri haqda düşünür. Bu,
əslində, normaldır. Amma əhvalınız pis olanda digərlərinin də
kefini pozmaq yaxşı deyil. Başqalarını incidəcək və ya kobudluq
edəcəyinizi düşünürsünüzsə, həmin yerdən uzaqlaşıb tək qalmaq hər
zaman yaxşı fikirdir. Sonra özünüzə bu hərəkətinizə görə minnətdar
olacaqsınız.
7. Anı tutun
Gözlərinizi yumun və nəsə düşünün. Beynimiz elə qurulub ki, onda
ilişib qalan bir hadisə onun haqda daha da çox düşünməyə, o
hadisənin mənfi enerjisini böyütməyə səbəb olur. Ancaq dərdiniz
barədə düşündüyünüzü hiss edəndə başqa fikirlərə keçid edin.
Özünüzə yazığınız gəlməsin və ən yaxşısı, sizi məşğul edəcək bir
işlə məşğul olun.
8. Dərindən nəfəs alın və beyninizi təmizləyin
Bir neçə dərin nəfəsalma sakitləşməyinizə kömək edəcək. Bunu
meditasiyanın ən sadə forması hesab etmək olar.
9. Səbəbləri tapın
Kefinizin pis olması nadir hallarda baş verirsə, narahat olmağa
dəyməz. Tez-tez kefiniz pozulursa, mümkün ola biləcək səbəbləri
araşdırın. Gündəlik tutun və açar hadisələri qeyd edin, sonra
onları analiz edin. Bu, səbəbi tapmağa kömək edə bilər.
10. Problemi həll edin
Bu, ən vacibidir. Səbəbi tapdınızsa, onunla mübarizə aparın.
İnsanla bağlı məsələdirsə, özü ilə danışın. Bütün fikirlərinizi və
boş vaxtınızı ona həsr etməyin, amma həyatınıza mane olmasına da
imkan verməyin.
Mənbə: Oxu.az