Qışı sağlam keçirmək üçün bunlara əməl edin
11:08 / 21.12.2018
Havanın soyuması immunitet sistemini
zəiflədir. Bu səbəbdən də qışda tez-tez xəstələnirik.
Bəs, bunun qarşısını almaq üçün nə etmək lazımdır?
Qış aylarını xəstəliksiz keçirmək, immuniteti gücləndirmək üçün
əməl etməyiniz gərəkən qaydalar haqda məlumat verir:
1. İmmuniteti gücləndirməyin ilk şərti düzgün qidalanmaqdır. Bunun
üçün tam taxıl məhsullarını, karbohidratları, zülal və yağı
balanslı qəbul edin. Siqaret, spirt və şəkərdən uzaq durun. Soğan,
sarımsaq, ispanaq, şüyüd, cəfəri, pomidor, gül kələmi yeyin, çünki
onlar antioksidant baxımından zəngindir.
2. Kifayət qədər rahat yatın. Qədərində yuxu sağlamlığımız üçün su
içmək qədər əhəmiyyətlidir. Yaxşı yuxunun əsas göstəricisi adamın
səhər rahat oyanması və gün ərzində özünü gümrah hiss etməsidir.
Keyfiyyətsiz bir yuxu müvazinəti pozur, immunitet sisteminin
zəifləməsinə səbəb olur.
3. Həftədə ən az 3 gün açıq havada gəzin. Xüsusilə açıq və təmiz
havada zaman keçirmək sağlam bir orqanizm və güclü immunitet
sistemi üçün olduqca vacibdir.
4. Hərəkətsiz qalmayın. Kompyuter qarşısında və hərəkətsiz çox vaxt
keçirməyin.
5. Nizamlı qaydada idman edin. Xəstəlikdən qorunmaq və əngəlləmək
üçün idmanın çox böyük əhəmiyyəti var. Nizamlı məşq etmək immunitet
sistemini qüvvətləndirir, viruslarla və bakteriyalarla mübarizəni
təmin edir.
7. Özünüzü həddindən artıq yormayın. Dincəlmək üçün özünüzə zaman
ayırın.
8. Stressdən uzaq durun, ya da stressi məğlub etməyə çalışın. Bədən
stressi yox etmək üçün maddələr istehsal edir və tarazlığı
tənzimləyir, bununla da immun sistemində tənəzzül meydana gəlir. Bu
səbəblə stress halında hamımız daha tez-tez xəstələnərik.
9. Sevdiyiniz insanlara vaxt ayırın. Sevdiklərinizlə çox vaxt
keçirin, güclü sosial əlaqələr qurun.
10. Pozitiv düşünün. Müsbət düşünmək insanı fiziki və duyğusal
olaraq rahatlaşdırır.
Mənbə: Milli.az