Gündə 1 ədəd duzlu xiyar yedikdə beynimizdə nə baş verir?
Duza qoyulmuş tərəvəzlərin mövsumu artıq başlayıb. Bəzi alimlər duzluların orqanizmə mənfi təsir göstərdiyini qeyd etsə də, digər qismi onların faydalı tərəflərini açıqlayır.

Duzlu xiyar nevroz zamanı yaxşı təsir göstərir. Hər gün 1 ədəd duzlu xiyar yesəniz, əsəbləriniz sakitləşəcək, depressiyaya az meyilli olacaqsınız. Bunun səbəbi isə marinad olunmuş tərəvəzlərin sakitləşdirici effektə malik olmasıdır.

Onları istifadə edərkən biz beynimizə xoşbəxtlik hormonu sintez etməsinə yardım edən fermentlər göndərmiş oluruq. Alimlərin apardıqları araşdırmanın nəticələrinə görə, mütəmadi olaraq şoraba istifadə edən insanlar daha az həyəcanlı və nevroza az meyilli olurlar. 1 ay ərzində mütəmadi olaraq duza qoyulmuş tərəvəzlərdən istifadə etsəniz, əsəbləriniz poladdan olacaq.

Araşdırmaçıların fikrincə, daimi effekt əldə etmək üçün şorabalardan mütəmadi olaraq istifadə etmək lazımdır.

Mənbə:Milli.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google