Bəs siz bu üsullardan istifadə edibsiniz?
Faydalı məsləhətlərin sayəsində siz işlərinizi daha da asanlaşdıra bilərsiniz. Bu gün sizə ev şəraitində faydalı olacaq məsləhətləri təqdim edirik.


Dibçək güllərinin dibinə siqaret külü tökdükdə yarpaqları daha canlı və gözəl olur.



Limon qabıqlarını günəşin altında qurudub yağlı qabları yuyarkən istifadə etdikdə qablar daha parıltılı olur.



Makaron bişirəndə suyun içərisinə bir -iki bütöv soğan və kök atdıqda yeməyin dadı daha da ləzzətli olur.



Yumurta ağını yaxşıca köpüb beze halına tez gəlməsi üçün içərisinə azca duz tökülməsi məsləhətdir.



Balığı soyuducuya qoymazdan əvvəl üstünə limon sıxdıqda iyi gəlmir.



Bərk limonu bir saat isti suda saxladıqdan sonra kəsərkən daha yumuşaq və sulu olur.



Print ელ. ფოსტა
FaceBook Twitter Google