40
yaşından sonra qadınlarda baş verən endokrin pozğunluqlar və
hormonal dəyişikliklər artır. Ona görə hormonları tənzimləmək üçün
bu 3 içkini hazırlayıb həftədə 2-3 dəfə içməyi məsləhət
görülür.
Həmin içkiləri sizə təqdim edirik:
1. Limonlu su
Xeyr, onu təkcə arıqlamaq üçün içmirlər. İlıq suda limon şirəsi
həll edib içmək leptin hormonunu qaydaya salır. Bu da qadınlarda
müəyyən bölgələrə piy yığılmasının qarşısını alır. Səhər və axşam 1
stəkan qəbul edin.
2. Moruq yarpaqları dəmləməsi
Qadın reproduktiv sistemi aktivləşdirir, tənzimləyir, gündə 2
fincan belə çay içmək bütün hormonal fonu və ümumi sağlamlığı
qaydaya salır, hamilə qalmaq və normal hamiləlik üçün kömək edir,
bir sıra ginekoloji xəstəlikləri müalicə edir. Moruq qadın
bitkisidir.
3. Südlə sarıkök
Şərqdə buna qızıl süd də deyirlər. İmmunitet, hormonal fon üçün çox
təsirlidir. Nevrozla mübarizə aparır, yuxunu yaxşılaşdırır ki, bu
da qadının gənc qalması üçün lazımdır. 200 ml isti südə yarım çay
qaşığı təmiz sarıkök qatıb için. Əsasən gecə yatmazdan əvvəl qəbul
edin.
Mənbə:
Milli.az