Vergilər o qədər aşağıdır ki, bundan artıq endirmək mümkün deyil - maliyyə naziri
Maliyyə naziri İvane Macavariani bildirir ki, Gürcüstanda vergilər “o qədər aşağıdır ki, bundan artıq endirmək mümkün deyil”. Bu haqda o, bu gün, 29 yanvarda texno parkda baş tutan konfransda danışıb.

Macavarianiyə görə vergilərin azaldılması ilə guya ki, dövlət iqtisadiyyatı artacaq yanaşması səhvdir.

Onun sözlərinə görə, vergilər “bu gün çox yüksək iqtisadi artımımızın olmamasının” səbəbi deyil.

“Əgər vergi reformasından danışırıqsa bu administratorların reformasıdır, asanlaşdırmaya, effektivliliyə doğru atılan addımlardır və.s.” – bildirir Macavariani.

Nazirin bəyanatına görə, “real olaraq verginin azaldılmasına doğru addımların atılması yolu praktiki olaraq artıq qalmayıb”.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია