Şorba hazırlayarkən köməyinizə çatacaq kiçik hiylələr
Əziz
xanımlar, heç düşünmüsünüz ki, ət bişirərkən suyun üzərinə yığılan
kəf nədən xəbər verir?
"Marneuli" radiosu kulinarlar üçün çox faydalı yazını təqdim
edir.
Əslində əti suda qaynadarkən yaranan köpük kütləsi zülaldır. Su
qaynayarkən ətin tərkibindəki zülal və mineral duzlar əriyib, kəfə
çevrilir və suya qarışır. Əgər ət bişirərkən həlimli bulyona
ehtiyacınız olmayacaqsa, əti qaynar suya qoyub bişirin. Əksinə,
həlimli və dadlı bulyon istəyirsinizsə, əti soyuq suya atıb,
bişirin. Suyun üzərinə yığılan köpük kütləsini tez yığmağa
tələsməyin. Çünki, bu kütlənin tərkibində, bulyonunuzu daha da
faydalı edəcək, qida maddələri var. Həmçinin kəfin daşmağını
istəmirsinizsə, ət qaynadarkən içinə qabığı soyulmuş bütov soğan
qoyun. Sonda soğanı atın. Həmçinin nəzərinizə çatdıraq ki, çox tünd
rəngli kəf ətin ifraz olmuş qanıdır. Onu tez təmizləmək
vacibdir.
Şorba hazırlayarkən köməyinizə çatacaq kiçik
hiylələr:
Şorbanın bulyonu çox duzlu alınıbsa, içinə tənzifə bükülmüş 1 ovuc
düyü qoyun. Düyü duzu özünə çəkəcək. Yadda saxlamaq lazımdır ki,
yüksək odda bişən zaman ət, aşağı dərəcədə bişən vaxt isə, bulyon
daha ləzzətli olacaq. Ətli bulyona duzu, ət tam bişmədən 30 dəqiqə
əvvəl, balıq şorbasına isə elə bişməyə qoyan kimi səpmək
lazımdır.
Şorbanın kəfi suyun dibinə enibsə, üzülməyin.
Qazana 1 stəkan soyuq su tökün. Kəf suyun üzünə çıxan kimi
təmizləyin. Şorbanı bişirərkən, içinə dəfnə yarpağı atmısınızsa,
hazır olan kimi, yarpağı çıxardın.
Şorbanıza xüsusi ətir və rəng qatmaq istəyirsinizsə, içinə
qaynadılmış soğan qabığının suyunu əlavə edin. Bu həm də bir çox
xəstəliklərə faydalıdır. Şorbaya 1 neçə qaşıq ələnmiş un töksəniz,
daha doyumlu olacaq. Eləcə də, C vitamini parçalanmayacaq.
İstəyirsinizmi bulyonunuz çox dadlı alınsın. O zaman, bulyon,
bişər-bişməz içinə 1 diş əzilmiş sarımsaq
atın.