Milli Ərzaq Agentliyinin məlumatına görə xam süd və ədviyyatların 23 halında qurğuşun tərkibi normadan artıqdır

Milli Ərzaq Agentliyinin məlumatına görə 2018-ci ilin göstəriciləri ilə uşaq qidalarında, balıqda, çörək məhsullarında, dənli və tərəvəzlərdə qurğuşun tərkibi artıq deyil.

Müəyyən edilən normaya uyğunsuzluq xam südün 15 və ədviyyatların 8 nümunəsində qeydə alınıb.

Agentlik tərəfindən yayımlanan məlumatda deyilir ki, ərzağın 1176 nümunəsində qurğuşunun normadan uyğunsuzluğu 23 halda aşkar olub.

“2018-ci ildə dövlət yoxlayışı çərçivəsində akreditasiyadan keçmiş laboratoriyada 1176 nümunə tədqiq olunub, onlar arasında: süd və süd məhsulları 82, ət və ət məhsulları – 335, balıq və balıq məhsulları – 47, yumurta – 68, uşaq qidaları – 48, ədviyyatlarda və tərəvəzdə - 340 nümunə araşdırılıb. 1176 nümunədən 23-də pozuntu qeydə alınıb, bu isə ümumi sayın 2 faizini təşkil edir. Qurğuşun norması uşaq qidalarında, balıqda, çörək məhsullarında, dənli bitkilərdə və tərəvəzdə normanı aşmır. Keçən illərlə müqayisədə ət nümunələrində də qurğuşunun artmış norması qeydə alınmayıb.

Müəyyən edilmiş norma ilə uyğunsuzluq xam südün 15 və ədviyyatların 8 nümunəsində (2017-ci ildə ədviyyatlarda 33 pozuntu qeydə alınmışdı) qeydə alınıb. Pozuntu haqqında müvafiq xidmətə məlumat verilib və məhsula nəzarəti Milli Ərzaq Agentliyi həyata keçirib.

Ərzaqda qurğuşun tərkibi üçün götürülən nümunələrdə pozuntuların sayının azalması bazar kontrolunun aktivləşməsinə və regionlarda tullantıların idarəsi sisteminin yaxşılaşmasına səbəb oldu”
– deyilir agentliyin məlumatında.

Mənbə: İnterPressNews

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google