Sobadan düzgün istifadə etməyin qızıl qaydaları
Çox
vaxt reseptə tam əməl etsək də, sobada bişən şirniyyat və digər un
məhsullarının yetərincə şişməməsindən, üzərinin qızarıb, içərisinin
çiy qalmağından şikayətlənirik. Bəzən də, ruhdan
düşürük.
Marneulifm-in bu tövsiyələrindən sonra sobada hazırladığınız
şirniyyatlar ümümiyyətlə istənilən növ xəmir işlərinin dadı və
görünüşü ürəyinizcə olacaq.
Öncə elektrik soba ilə bağlı bir neçə tövsiyyəni nəzərinizə
çatdıraq:
Təbii ki, elektrik soba olduqca rahatdır. Çünki burda bişmə
temperaturunu özünüz dəqiq idarə edə bilirsiniz. Lakin diqqət
etməli olduğumuz bir neçə məqam var:
Sobanı yandırmazdan öncə içərisindəki artıq əşyaları çıxartmağı
unutmayın, hətta dəmir barmaqlığı. Çünki, istənilən yad cisim
sobanın qızmağına mane ola bilər.
Sobanı hər zaman şirniyat hazırlamazdan 15 dəqiqə öncə
qızdırın.
Bəzi keramik və şüşə qabda bişirilən təamları soyuq sobaya qoyub,
sonra yandırmaq lazım gəlir. Bu zaman xəmirə diqqət edin əgər çox
qalxarsa, üzərinə nəm perqament kağızı qoymaq lazımdır.
Soba sinisini və qabını heç zaman sobanın dibinə qoymayın, dəmir
barmaqlığın üzərində bişirin.
Əgər sobanızda bişən un məhsulları quru alınır və çatlayırsa, bişmə
prossesinin ilk yarısında sobaya su ilə dolu bir qab qoyun (təbii
ki, soba istiliyinə davamlı).
Qalxmağını gözlədiyiniz xəmirləri sobaya qoyduqdan sonra, bişən
müddətdə qapağını açmayın. Qapağı isə ehtiyyatla yavaşca bağlayın
ki, xəmir yatmasın.
Xəmirin bişib-bişmədiyini kibrit və ya diş çöpü batıraraq, müəyyən
edin. Əgər çöp quru çıxarsa, xəmiriniz tam hazırdır.
Sonda isə müxtəlif bişmələrin hazırlanma dərəcələrini təqdim
edirik:
Mayalı xəmir - 180 °С
Kiçik ölçülü un məmulatları ( qurabiyə, pryannik və s.) -210-220
°С
Hündür ölçülü un məmulatları -175-190 °С
Qat-qat xəmirdən hazırlanan məmulatlar 200-220 °С
Beze, merengi, fransız makaronları - 100-130 °С.
Mənbə:
Milli.az