Təhsil naziri – sentyabrdan pedaqoqların əmək haqqı artacaq
May ayında pedaqoqların əmək haqqı ilə bağlı konkret plan təqdim edəcəyik və sentyabrdan əmək haqqı artacaq – bu haqda Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Naziri Mixeil Batiaşvili parlamentdə çıxışı zamanı bildirib.
“May ayında pedaqoqların əmək haqqı ilə bağlı konkret plan təqdim edəcəyik və sentyabrdan əmək haqqı artacaq. Vəd verdiyimiz kimi məktəb reformasının əsas prinsipləri - məktəbin gücləndirilməsi – muxtariyyət və desentralizasiya, bürokratiyadan yaradıcılıq məsələlərinə keçid, məktəb direktorunun məktəbin lideri olması və pedaqoqun yaradıcılıq məsələlərinə istiqamətlənməsi olacaq” – bildirib Batiaşvili.

Nazirin sözlərinə görə pedaqoq bürokratiyaya daha az vaxt ayırmalıdır və vaxtının çoxunu yaradıcılıq işlərinə sərf etməlidir.

Onun sözlərinə görə, hər hansı pedaqoqun istədiyi vaxt, istədiyi səviyyədə imtahan vermək və kvalifikasiya qazanmaq imkanı olmalıdır.

“Uzun müddətli prosesdə maksmimum keyfiyyət xidmətlərini gücləndirməliyik və məktəb güclü institutisya olmalıdır, öz keyfiyyətinin inkişafının qayğısına özü qalmalıdır” - bildirib Batiaşvili.

Print ელ. ფოსტა
FaceBook Twitter Google