Bu ərzaqları mikrodalğalı sobada qızdırırsınızsa... - Elə bilin ki, zəhər yeyirsiniz
11:21 / 08.02.2019
Mikrodalğalı soba mətbəxdə insanların işini
asanlaşdıran ən lazmlı məişət avadanlıqlarındandır. Lakin ondan
düzgün istifadə edilmədikdə sağlamlıqla bağlı bir sıra problemlərə
gətirib çıxara bilər.
Bəzi ərzaqlar mikrodalğalı sobada qızdırıldıqda öz faydalı
xüsusiyyətlətini itirərək hətta orqanizm üçün təhlükəyə
çevrilir.
Donmuş ət
Ətin buzunu mikrodalğalı sobada tez əritmək mümkündür. Amma bunu
etmək məsləhət deyil. Bir qayda olaraq ət yalnız kənarlardan qızır,
amma ətin içi yenə də buzlu qalır. Bundan əlavə, ətin qeyri-bərabər
qızması onda bakteriyaların çoxalmasına səbəb olur ki, bu cür
ərzaqdan istifadə etmək təhlükəli ola bilər. Ətin buzunun
əridilməsinin ən yaxşı yolu onu soyuducunun aşağı hissəsində bir
müddət saxlamaqdır.
Yumurta
Yumurtanı mikrodalğalı sobada qabıqlı halda qətiyyən bişirməyin!
Sobanın içində istilik qəfil artdığı üçün yumurtanın qabığının
altında güclü təzyiq yaranır və yumurta partlayır. Əvvəlcədən
bişmiş yumurtanı da mikrodalğalı sobada qızdırmaq məsləhət deyil.
Çünki onun tərkibində olan zülallar qızarkən xüsusiyyətlərini
dəyişərək sağlamlıq üçün ciddi təhlükə yaradırlar. Bura yumurtalı
yeməklər də daxildir.
İspanaq və digər yaşıl göyərtilər
Qızdıran zaman yaşıl göyərtilər və ispanaq göz önündə sanki quruyur
və öz faydalı xüsusiyyətlərini itirirlər. Bundan əlavə onların
tərkibində olan nitratlar istinin təsiri ilə zəhərli maddəyə
çevrilərək insanı zəhərləyə bilər.
Meyvə və giləmeyvələr
Meyvə və giləmeyvələr hətta dondurulduqda belə öz faydalı
xüsusiyyətlərini saxlayırlar. Amma əgər siz bu ərzaqları
dondurucudan çıxararaq mikrodalğalı sobada əritsəniz, o zaman
onların tərkibində olan bütün minerallar və vitaminlər məhv olacaq.
Hətta bu maddələr şüaların təsiri ilə konseragen maddələrə də
çevrilir. Bundan əlavə, bəzi şirəli meyvə və giləmeyvələrin
tərkibində çox maye olduğu üçün qızdıran zaman partlaya da
bilərlər.
Toyuq
Toyuğun tərkibində qırmızı ətdən çox zülal var. Yaxşı olardı ki,
artıq qalmış toyuq yeməyini qızdırmadan istifadə edəsiniz. Səbəbi
isə toyuğun mikrodalğalı sobada qızarkən tərkibindəki zülalların
quruluşunun dəyişməsi və sağlamlığa ciddi zərərlər verməsidir. Əgər
toyuğu qızdırmalısınızsa, o zaman ən aşağı temperaturda və uzun
müddətə edin.
Göbələk
Göbələk də toyuq kimi zülal mənbəyidir. Faydalı xüsusiyyətlərinə
baxmayaraq göbələyi də qızdırdıqda hətta sağlam insanın həzm
sistemində problemlər yarada bilər. Bu məhsulu hazırlanan kimi isti
halda yemək məsləhətdir. Əgər göbələk səhəri günə qalarsa, o zaman
onu ya soyuq halda, ya da qazın üzərində qızdıraraq yeyə
bilərsiniz.
Süd məhsulları
Süd məhsullarının tərkibində həzm üçün faydalı bifido və
laktobakteriyalar mövcuddur. Qızdırıldıqda onlar məhv olur, məhsul
dadını və keyfiyyətini itirir. Buna görə də süd məhsullarını otaq
temperaturunda istifadə etmək lazımdır.
Bal
Bal soyuducuda
qaldıqda kristallaşır, yapışqan və bərk olur. Bu, balın təbii
olduğundan xəbər verir. Onu əvvəlki halına gətirmək üçün bir
çoxları mikrodalğalı sobadan istifadə edir. Amma bunu etmək lazım
deyil, çünki belə olduqda balın tərkibində olan bütün faydalı
xüsusiyyətlər itir. Yaxşı olardı ki, balı təbii halda və ya su
hamamında 40 dərəcədən çox qızdırmadan qəbul edəsiniz.
Mənbə:
Milli.az